Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

296 syf.
9/10 puan verdi
·
80 günde okudu
• İnsan Vücuduna Səyahət
İlk başlarda sıxıldığım, sonralar davam etdikcə məndə fərqli duyğular yaradan unutduğum həyata baxış bucağını yenidən qaytaran o kitabb Həkimlər tərəfindən yazılan kitablar nədənsə mənə daha doğma və hüzur dolu hisslər bağışlayır. Bəlkə də buna səbəb illər əvvəldən bu peşəyə qarşı bəslədiyim sevgi və indi tibb üzrə təhsil almağımdı. Amma bu kitabda tibbi mövzulardan əlavə yazarın dili ifadə eləmə şəkli arada fərqli mənbələrden verdiyi məlumatlar kitabı bir ayrı maraqlı və yaddaqalan edir. Bəzi eyni oxşar mezmuna sahib oxuduğum əsərlərde bunun əksinə yalnız tibb mövzusunda dayanılması , yazılış dilinin axıcı olmaması eyni təsiri bağışlamırr. Əsərdə verilən fərqli xəstələrin həyatları haqqında yazılarla , yazarın həmin mövzuya aid qeydləri kitaba ayrı bir maraq qatır. Bəzi hadisələri illər ərzində bu peşədə çalışmış savadlı bir həkimin qələmindən oxumaq çox gözəldi. Hər dəfə bir xəstə sağaldıqda o anki xoşbəxtlik vəya əksinə həyatını itirəndə yaşadığım kədər və boşluq hissi.. Xəstələrin yaxınlarının keçirdiyi hissləri əsəri oxuduqca məndə keçirdim . Kitabda gənc qızını itirən atanın qızının orqanlarını bağışlamağı təklif etdiyi bölümdə çox kövrəldimm bir nəfərin ölümünden, həyatı təhlükəsi olan neçə belə orqan nəqlinə ehtiyacı olan insanların həyata qayıtması çox gözəldir.. Bir daha həm insan ölümünün həm de sağalmasının necə balaca hadisələrdən asılı olduğunu gördüm. "Təcili yardımda həyatın qeyri-adiliyini və filtrsiz olmağını sevirəm: gücü və pulu olanların xüsusi imtiyazı yoxdur. Hər kəs eyni sərt plastik stullarda oturur. Tibbi sıralamada müzakirəsiz bir demokratiya hakimdir: üstünlüyü olanlar tapşırıqla deyil, tibbi ehtiyaclara görə müəyyən edilir." Bəli mən tibbin bu yanını sevirəm , onların vəzifələrini, imkanlarını nəzərə almadan eyni hüquqa sahib olmalarını istəyirəm. Təəsüf ki bu ölkəmizdə o qədər də mümkün deyil :) Xəstəxanalarda xəstələrə, cəmiyyət de və digər yerlərdə tibb işçilərinə qarşı fikirlər cidden uyğun olmayan şəkildədi.Buda istər istəməz bu peşəyə qarşı fərqli hisslər bəsləməyə səbəb olur. Sizin üçün saatlarla, bəzən günlərlə yuxusuz qalan tibb işçilərine qarşı daha hörmətlə yanaşın. Onları tibbi vəzifələrinə görə ayırmayın çünkü onların hamsi öz ixtisasları üçün çalışır əlindən gələni edir və ixtisasından aslı olmayaraq hörmətə layiqdirlər Həmçinin əziz həkimlər vəya gələcəkdə həkim olmaq istəyən gənclər, xəstələrə digər tibb işçilərinə qarşı yuxarıdan aşağı baxmayın, maddi imkanlarına görə onlara ayırım eləməyin vəzifənizi pula görə yox, bu işi sevdiyiniz qarşınızdakı adama xeyir vermək üçün edin ! Çünkü belə həkimlərə və cəmiyyətə ehtiyacımız var. Müalicə həkimi, əczaçı, tibb bacısı, hərbi həkim olsun fərqi yoxdur, hamsinin öz vəzifələri var. Bu digərindən üstündü bu daha yaxşıdı deyib qarşınızdakı tibb işçisini alçatmayın, çünkü həyatınızın müxtəlif hissələrində onlara ehtiyatınız olacaq >⁠.⁠< Bilirəm kitabdan kənara çıxdım ama inanıram ki bu kitabı oxuyan tibbə maraq bəsləyən, tibb üzrə oxuyan adamlar olacaq, ona görə bunları demədən keçmək istəmədim. Kitabda bəzi tərcümə səhvləri olsada, ümumən çox gözəldi əvvəllərində biraz daha çox tibbi faktlar var sizi sıxa bilər ama davam etdikcə daha maraqlı olur ona görə oxumağa davam edin.Qısaca desəm hamının oxumağını tövsiyə elədiyim bir kitabdır :) 02.06.2023 /20.08.23 22:33
İnsan Vücuduna Səyahət
İnsan Vücuduna SəyahətGavin Francis · 201751 okunma
·
47 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.