Gönderi

720 syf.
10/10 puan verdi
·
14 günde okudu
Fransız yazar Victor Hügo mənim ən sevdiyim yazarlar siyahısında birinci yerdə gəlir. Bütün kitabsevərlərin bir-birinə "Hansı yazarın bütün kitablarını oxumaq istəyirsən?" deyə verdiyi bir sual var. Mənim üçün bu sualın cavabı öz şeirləri və əsərləri ilə məni özünə heyran buraxan, fransız yazar Victor Hügodur. Bu incələməm ədəbiyyat dünyasında yetərincə öz sözünü demiş yazarlardan biri olan, Victor Hügonun "Gülən adam" əsərinə aiddir. Yazar bu əsəri siyasi düşüncələrinə görə sürgün olunduğu Channel adalarında 15 ay ərzində yazıb. Yazar üzü əbədi gülüşə məhkum edilmiş Quinplenin timsalında yalnız bir şəxsin yox, xalqın həyatını göstərib, öyrədmək istəyib və düşünürəm ki, buna layiqincə nail olub. Nail olub deyə bilirəm çünki, əsəri oxuyan hər kəsin bu nəticəyə gələcəyinə əminəm. Əsərdə Quinplenin üzü əbədi gülüşə məhkum edilib. Cismi hər zaman ətrafındakı insanları güldürüb, onları sevindirməyinə baxmayaraq, qəlbi har zaman kədər dolu olur. Baxın xalq da krallar üçün belədir. Üzləri hər zaman gülür, sevincli, xoşbəxt görünürlər, lakin ruhları hər zaman kədərlərlə dolur olur. Victor Hügo bu əsərində "Gülən adam"ın timsalında bunu anlatır. Kitab məlumat yüklüdür, amma yenədə axıcıdır. Sadəcə roman oxumaq, haşiyələrin çox olmamağını istəyənlər üçün sıxıcı və yavaş irəliləyən bir əsər ola bilər. Yazar kitabı biraz çox uzadıb, çox haşiyələrə çıxıb, lakin mən bununla belə hər cümləsindən zövq alaraq oxudum. Kitabı oxuyarkən sözün həqiqi mənasında Quinplenlə (Gülən adam) yaşadım. Onunla güldüm (onun gülüşü əbədi idi), ağladım, kədərləndim, sevindim, sevdim və sevildim... Soyuq qış gecəsində limanda tərk edilmiş 11 yaşlı uşaq düşünün. O soyuq, ayazlı, fırtınalı gecədə limanın kənarı ilə qaçır, kimlərisə tapmaq istəyir, qaçdıqca qaçır. Yolda darağacından asılmış meyidlə qarşılaşır. Qorxur, acır, susayır, üşüyür, amma yenədə qaçır. Kimlərisə tapmaq, yemək yeyib doymaq, isti su içib isinmək ümidi ilə qaçır. Qaçdığı liman kənarı yolda, fırtınalı gecədə bir səs eşidir, ətrafına baxır və 7-8 aylıq qız uşağı ilə qarşılaşır. 11 yaşlı uşağın özünün tərk edilməyinə, özünün ac, susuz qalmağına, üşüməyinə baxmayaraq, bu fırtınalı gecədə qarşılaşdığı qızcığazı xilas edir. Çünki özü tərk edilməyin nə olduğunu yaxşı anlayır. Öz paltarını çıxarıb qıza geyindirir və yenidən qaçmağa başlayır. Bəli, bilirəm bunların hamısı dəhşətlidir, lakin bundan qat-qat dəhşətli olan bir şey daha var. Quinplen bütün bunları edərkən simasında qəhqəhə var idi... "Biz hamımız koruq. Xəsis kordur, çünki qızılı görür, amma zənginliyi görmür. Bədxərc də kordur, çünki əvvəlini görür, axırını yox. Cilvəli qadın kordur, çünki öz qırışlarını görmür. Alim kordur, çünki öz nadanlığını görmür. Vicdanlı insan kordur, çünki hiyləgəri görmür. Hiyləgər kordur, çünki Allahı görmür. Allah da kordur, dünyanı xəlq etdiyi gün iblisin içəri necə soxulduğunu görməyib. Mən də koram, sizinlə danışıram, amma sizin kor olduğunuzu görmürəm." "Bəlkə, tarix insan taleyini yazır, bəlkə də, insan taleləri bu tarixi yazır."
Gülən Adam
Gülən AdamVictor Hugo · Parlaq İmzalar Nəşriyyatı · 2021255 okunma
··
136 görüntüleme
Elnur Quliyev okurunun profil resmi
Kitab həqiqətən bu zaman qədər oxuduğum kitablar arasında tamam fərqli yer tutdu. Kitabın ruhumda buraxdığı ağırlığı uzun müddət üzərimdən ata bilmədim. Kitabı bitirdikdən sonra bir müddət, Quinplen yaşamasa belə, mən Quinplenlə yaşadım. Kitabı hər kəsə tövsiyə edirəm, oxuduqdan sonra yanılmayacağınıza əminəm. Xoş mütaliələr hər kəsə☺️
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.