Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Volqada o taya, bu taya baxdım, Əksim suya düşdü... Sularda axdım... Arazda çiməndə sən lap uşaqdın... Araza oxşamır bu çayın rəngi, Ah, Səməd Behrəngi, Səməd Behrəngi! Sənmi gücsüz idin, arazmı dərin? Dərdi nə böyükmüş o sahillərin! Dözdün zillətinə ağır illərin! Alnında gəncliyin ümid çələngi, Qəlbində arzular... Səməd Behrəngi! Sulara baxırdım sanki Arazdır... Üzürsən... su isti... sahil dayazdır... Bəs bu təlaş nədir? Anlaşılmazdır... De, niyə dəyişdi çayın ahəngi? Nə oldu, nə oldu, Səməd Behrəngi? Nə kol var tutmağa, nə bir sal qaya... Tufanmı başladı? Nə oldu çaya? Bəs niyə gəlməyir heç kəs haraya? Dəhşətmiş həyatla ölümün cəngi... Araz, hanı o gənc, hanı Behrəngi? İlk qaranquşuydu o ilk baharın, Boğuldu çəngidə qara suların, Qəlbimdə ağrı var... Sinəmi yarın, Asın orada bir Buhenvald zəngi! Desin araz boyu: Səməd Behrəngi! Səməd Behrəngi! Şeirin müəllifi : Əhməd Cəmil
·
114 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.