Salam. Deməli, "Vicdanın köməyi" adlı kitab bu yaxınlarda qarşıma çıxdı və marağımı cəlb etdi. Detektiv mövzusunda yazılmış əsər, gənc yazıçı Əziz Qənbərovun ilk qələm təcrübəsidir. İlk qələm təcrübəsi olmasına baxmayaraq əsər gözəl,yəni qənaətbəxş idi. Əsərin sonuna kimi obrazlar üzərində fikirlər yürütdüm və şübhələrimin əksəriyyəti doğru çıxdı. Əsərin tək mənfi cəhəti orfoqrafik səhvliklərin və bir sıra əskik məqamların olmasıdır. Bu əskik məqamlara da yazıçı diqqət yetirsə gələcək əsərlərində daha yaxşı uğurlara imza atmış olar.Mən əsəri sevdim və həqiqətən də maraqlı idi. Kitaba şans verib oxumağa dəyər! Əziz Qənbərov'a yazıçılıq fəaliyyətində uğurlar arzu edirəm . Hər zaman vicdanınız köməyiniz olsun! Sağlıqla və kitabla qalın...