·432 syf.··Beğendi
···Okunma: 18 Ağustos 2023 18:16 Gölge ve kemik seriyası bitirdim və bu seriya ilə Grisha aləmini keçid etdim. Ümumi seriya ilə bağlı fikirlərimi son kitab üzərindən, bütün seriyanı qiymətləndirərək yazacam. Amma əvvəla "spoiler"li hissəyə keçid etməmiş oxumaq istəyənlər üçün də ümumi fikrimi bildirəcəm.
》Kitabın baş rolları olan Alina və Malyen uşaq evində böyüyən iki dostdur. Bu uşaq evindəki uşaqları isə istedadlarına görə fərqli istiqamətlərə göndərirlər. Alina xəritəçi, Malyen isə kəşfiyyatçı kimi eyni bir orduda rol alır. Bütün məsələlər isə bu ordunun Qaranlıqlar diyarına keçidi zamanı Alinanın bilmədiyi istedanı kəşf etməsi ilə başlıyır.
Gölge ve kemik seriyası yazarın ilk yazdığı kitablardı. Böyük ehtimal ki, bununla bağlı olaraq da özünün tam istedadını bu kitablarla birgə ortaya çıxarda bilməyib. Çünki bu kitablarla birgə yaratdığı dünya çox geniş və detallıdı. Həmçinin kitabdakı bölünmüş grishaların hər birinin istedadları və onlara uyğun adları dünyaya daha da fərqlilik qatıb. Kitabın əvvəlində olan xəritə detalı və həmçinin bu yeni dünyanın fantastik hissələri olan grishaların da qısaca açıqlaması oxucunun kitaba adaptasiya sürətini artırır. Bəli bunlar mənim üçün seriyanın müsbət tərəfləri idi. Amma yazar bu qədər detallı fikirləşdiyi dünyanı tam olaraq istifadə edə bilməyib deyə düşünürəm. Kitab daha çox baş rolların ətrafında cərəyan edir ki, sözsüz bu gözləniləndi. Amma həmin istiqamətdə olan seçimlər bəzən o qədər uşaqca və məntiqsiz olurdu ki, adamda xüsusi əsəb yaradırdı. Yəni oxumaq istəyənlər çox möhtəşəm bir baş rollu kitab gözləyirsə böyük ehtimal məyus olacaq. Amma onu deyim ki, mənə görə son kitabı ilə rolların seçimləri daha yaxşılaşdı.
Spoiler
》Kitab bitdi amma yəni son kitabda bu Karanlık efendisinə əsəbləşdiyim qədər nə bilim Alinaya belə o qədər əsəb olmadım. Bir də girdim seriya bitəndən sonra yorumlara baxım hamının ən sevdiyi Alexander olmuş. Mən başa düşmürəm başqa kitab oxumuşam yoxsa nədi məsələ . Yəni adamın tək düzgün tərəfi yoxdu. Amma yox bunları grishalar üçün eliyirmiş, onlar rahat yaşaya bilsin deyə sonra adamın keçmişi bərbaddır, anası bunu sevmirmiş. Ya Allah aşkına kitabda hansı rolun normal həyatı var. Amma yox bu bütün bunları edəcək deyə həm qoruyacağını dediyi grishaları həm də intiqam alacam dediyi heç nədən xəbəri olmayan düz insanları( yəni başına gələnləri əlli neçə il bundan əvvəlki adamlar edib, indikilər də bunların günahını ödüyür kimi bir şey ) öldürür. Sonra baş rol qızı sevir axı indi bu öz aləmində hamı da bunun romantizm sayır (əslində isə adamın istədiyi tək şey özünü gücləndirəcək biri və bunun kimi uzun yaşıya bilib bunun hər şeyini təsdiqliyəcək oyuncaqdı). Hə yəni bu çox romantik insan sevdiyi qız bunun qəddarlığına inansın deyə tək aləsi saydığı, anası adlandıra biləcəyi qadını öldürür bir də çox yaxşı şey eləmiş kimi əlindən tutub göstərir ki, aha bax mən bunu elədim. Nə yalan deyim yəni orda əsəb olmuşdum burda yazanda gülməyim gəlir. Nə deyim yəni tək pis keçmişə sahib sən deilsən ən sadəsindən (sadə dediyin də yan rol olaraq yəni) Harsawın qardaşını öz yaşadıqları adada grishaların qanının hər dəvaya dərman olduğunu düşündükləri üçün öldürmüşlər üstünə bir də domuz kimi asıb qanını topluyurlar. Yəni adam orda intiqamı alıb hamısını öldürüb sonra da ordan çıxıb gedib də. Buna okey də amma yəni bu adi insanlar mənə bunu elədi ondan bütün insanlığı öldürəcəm bir biz yaşıyacıyıq havasına girmir də düzdü. Amma yox sırf baş havalı "bad boy" qaralar içindəki Alexander hamıya şirin görünür . Ay nəbilim yəni buna əsəb oldum düm düz. Sonda da öləndə nə yaxşı ki, öldü dedim. Bu rol haqqında deyəcəklərimi bu qədər idi təşəkkürlər
》Məncə bu kitabda seviləcək bir rol varsa ( baş rollardan) o da Nikolai idi. Yəni bu insanın heç bir fantastik gücü yoxdu, prensdi amma sarayın iti köpəyi nəme belə lazımsız adamı görürlər sonra kral desən onsuz da öz atası deil, bütün saray camaatı da buna nifrət eliyir. Nəysə. Amma bu Nikolai öz zəkası və gücü ilə həm özünə yandaşlar topluyur özdə korsanlar dediyimiz soylu insanlara nifrət edən insanlar içindən həm də yeni icatlar eliyir bu qədər fantastik dünyada heç bir adamın ağlına gətirmədiyi (bu da ayrı qəribədi ya küləyi idarə edirsən amma heç vaxt deməmisən bir görüm fərqli neyniyə bilər bu güclə) uçan cihazları kəşf eliyir əlavə olaraq da deyir ki, mən bu idarəçi və yenilikçi fikirlərim ilə hamını bir yerə toplayacam. Sarayda belə adam var bütün fərqlilər bununla birgə adımlayacağına özlərində sıfırdan gedirlər dünyanı qaranlığa bürüyəcəm dünyanın hakimi mən olacam deyir. Ay nəysə yenə o tərəfə gedirəm. Hə yəni dediyim mənə görə bu kitabın ən yaxşı rolu Nikolai idi bu qədər
》Bəli gəldik Alina ilə onun çox sevdiyi Malyeninə. Valla nə yalan deyim bu 2 rol məni o qədər əsəb eləmədi. İkisi də bir yerdə böyümüşdü amma heç vaxt ayrı olmamışdılar deyə belə tam olaraq da böyümüş də sayılmırlardı, hələ də özlərini uşaq kimi aparırdılar. Ayrıldılar ağılları başlarına gəldi. Alinanın ağlı son kitaba qədər tam oturuşmadı o ayrı məsələ. Yəni bunu da niyə deyirəm. Sən belə baş rolsane okey o bunu hardan biləcək biz kitab oxuyuruq deyə bilirik deyəcəksiz. Amma elə deilə yəni 2 dənə çox fərqli hamının hörmət elədiyi güc var biri səndədi. Sən hələ də kimi sevirəm kimlə evlənəcəm o məni unutdu bu məni sevdi ay yetər be . Hər nəysə uşaqlığına verirəm də sonda ən azından ağlı başına gəldidə məntiqi ilə qərar verə bildi axırda. Yəni dediyim bu 2 rolu mən ayıra bilmirəm. Kitabdakı kimi bir birini tamamlıyırlar kimi bir şey. İkisi də elə bir birinə layiqdi. Bundan artığı da olacaq deillər.
》Ümumi olaraq kitablardakı grishalar məktəbi hissələrini, belə ümumi qrup ruhunun, ikinci və üçüncü kitabdakı belə zarafatcıl söhbətlərin olmağı ilə maraqlı idi əslində kitab. Zoya məsələn əvvəl sevmirdim sonra onun bu özü mərkəzli olub əslində güclü bir qadın obraz olması, Genya məsələn onsuz da onu əvvəldən sevirdim o ayrı, David, bizim məşhur Tolya və Tamar ikizləri, Harsaw, Adrik, Nadia bu rolları çox bəyənərək oxuyurdum. Dialoqlar arasında bir biri ilə uyğunlaşmasalar eyni məqsəd də olduğunu hiss edirdim. Yəni bir sözlə ümumi obraz yönlü çox sevdiyim rollar oldu.
》Sonluğu isə bəyəndim, Malyenin büyütec olması biraz qəribə kimi görsənsə də yaxşı bağladı yazar deyə problem eləmədim. Bir sözlə kitab mənim gözümdə tam olaraq bitti. Bu da yaxşıdı əslində beynimdə sual qalan kitabları o qədər də sevmirəm.