9/10
·500 syf.··
2023 11. kitabı
·
4 saatte okudu
·
Okunma: 24 Ağustos 2023 21:26
Uzun vaxtdır oxumağı gözlədiyim bir manga idi. Oxuyanda mənə daha çox zövq versin deyə kitabın nə haqqında olduğuma belə baxmamışdım. Belə baxıram ki, buna dəydi. Düşündüyümdən daha gözəl bir mövzusu var idi ve içindəki rəsmlərə söz ola bilməz. Kitabdakı hər şey mükəmməldir. Əslində kitabı oxuyanda baş qəhramanların sevgi hekayəsinin daha çox ön planda olacağını düşünürdüm. Hətta kitabın sadəcə bu sevgi hekayəsindən ibarət olub hadisələrin bu sevginin ətrafında baş verdiyini, lakin gecə də belə olmadı. Sevgi hekayəsi o qədər də ön planda deyildi, amma buna baxmayaraq obrazlar arasındakı çəkimi və aralarındakı sevgini rahatlıqla hiss edə bilərsiniz. ✿⁠ Bundan sonrası spoilerli ola bilər. Əgər spoiler sevmirsinizsə oxumağınızı tövsiyə etmirəm. ✿⁠ Sonda adlarını unutduqları hissədə tam bir şok keçirdiyimi etiraf etməliyəm. Bir anlıq bir daha heç vaxt birlikdə ola bilməyəcəklərini düşünmüşdüm. Sanki hər şey başlamadan artıq bitmişdi. Sonda nə qədər bir-birlərini tapdalarda. Final səhnəsini artıq birlikdə olub keçirdikləri vaxtlardan biri ilə bitməsini üstün tuturam. Yenədə gözəl bir manga idi. Tövsiyə edirəm
Manga
Senin AdınMakoto Shinkai · Gerekli Şeyler Yayıncılık · 20202,303 okunma
·
21 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.