Disiplinli olmaq bütün uğurların özəyidir!
Bunun üçün :
Gündəlik yaşamımızda ediləcəklər siyahısını yazmaq üçün plan dəftəri ayırmaqla başlamaq olar. Oyanma saatınızı, günə necə başlamalı olduğunuzu ( ms: günə kitabla, idmanla və s. başlaya bilərsiz), günboyu etməli olduğunuz işlərinizi ( sadədən-mürəkkəbə doğru), növbəti günü planın hazırlamaq qeydin və yatmalı olduğunuz saatı qeyd edirsiz. ( davamlı etsəniz müəyyən müddət sonra xırda detallara qədər planlamanıza gərək qalmayacaq ☆bunun üçün 21 gün qanunundan istifadə edə bilərsiniz)
◇ Günümüzdə zamanımızı idarə etməmizə ən böyük maneələrdən biri də telefonlarımızdır.
Mümkün qədər günlük ekran sürəsini azaltmağa çalışın.
Bunu özünüzdə formalaşdırmaq üçün :
-Səhərləri oyanandan sonra ən az 1 saat telefondan uzaq olun.
-Bütün sosial şəbəkə bildilişlərini səssizə alın.
-Bəzi proqramlarda ekran sürəsin aktivləşdirin ki,lazımından çox zaman ayırdıqda sizə xatırlatma etsin.
- Gecə yatmazdan da ən az 1 saat əvvəl telefonla olan bütün işlərinizi bitirin( mümkünsə yataq otağınızda saxlamayın).
Vaxtın İdarə Edilməsi