Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

192 syf.
·
Puan vermedi
·
3 günde okudu
Kitab 192 səhifədan ibarət olsada,hadisələr mənə çox uzun gəldi.İki gündür oxuyub qurtara bilmirdim, nəhayət bu gün dayanmadan oxuyub bitirdim.Hadisələr bir birinin ardınca tez bir sürətdə baş verdiyi üçün axıcı olsa da,oxuyarkən yoruldum:( Kitab iki gəncin sevgisindən bəhs edir. Hərşey Atabəyin,Səmragilin sinfinə gəlməsi ilə başlayır.Öncədən bir birilərini bəyənməyən bu iki gənc,zaman keçdikcə bir birlərini tanıyıb, sevməyə başlayırlar.Səmra imkanlı ailənin qızı,Atabəy isə kasıb ailənin övladı idi.Səmranın ailəsi,Atabəyi özlərinə uyğun görmürdü.Bu iki gənc hər şeyə rəğmən bir birini sevsə də,Atabəyin atasının həbsə düşməsi və ölümündən sonra hər şey dəyişməyə başlayır.Səmranın ailəsi Atabəyə baş sağlığı verməyə getdiyində,Atabəyin qızlarından uzaq olmasını,onun ailəsinin yaxşı olmamasının,atasının da həbsə narkotik üzündən düşdüyünü söyləyir.Təbii ki,hər yeniyetmə gənc kimi Atabəydə buna dözə bilmir, istəmədən də olsa Səmranın ailəsinə cavab qaytarır.Səmranın ailəsi isə olanları Səmraya başqa cür danışırlar.Daha sonra Səmra universitetə qəbul olur, Atabəy isə sınaqlardan 700 bal yığmasına rəğmən, imtahanda müəyyən səbəblərdən iştirak edə bilmir.Bundan sonra isə onlar gec-gec görüşməyə başlayırlar.Səmra oxuyur,Atabəy isə işləyirdi.6 ay keçdikdən sonra Atabəy əsgərliyə gedir,amma Səmra ilə araları dəydiyi üçün danışa bilmirlər.Atabəy əsgərlik də olanda Səmraya məktub yazır,məktubda artıq onların bundan sonra bir yerdə olmayacaqlarını söyləyir.Və nəhayət bu hədislərin üstündən 6 il keçir,Səmra artıq magistraturanı bitirmiş bir qızdır.Ailəsi artıq onun 25 yaşı olduğunu, artıq düzgün bir insan ilə evlənməyini istəyirlər.Atası Tahir bəy isə qızını öz iş ortağı Sabirin,Türkiyədə təhsil almış oğlu Rəşad ilə evdirmək istədiyini söyləyir.Səmra və Rəşad bir birlərini görsünlər deyə Tahir bəy, Rəşadın ailəsini evlərinə qonaq çağırır.Səmra ilk öncə Rəşadın xoşuna gəlməsə də, ünsiyyət də olduqdan sonra onu sevməyə başlayır.Bir gün Rəşad Səmraya sevgisini etiraf etdikdə,Səmra ona keçmiş uşaqlıq eşqi olan Atabəydan danışır.Amma artıq Atabəydən xəbər çıxmadığı üçün, Rəşada razılıq verir.Tahir bəy xəstə olduğu üçün,toy tez bir zamanda baş verir.Toydan sonra Səmra və Rəşad Türkiyəyə gedir. Atabəy isə əsgərliyi bitirdikdən sonra hərbçi olur,2016-cı ildə gedən döyüşlərdə, qəhrəmancasına ön cəbhədə xidmət göstərmişdir. Kitabın əsas hissəsi isə burdan başlayır... Oteldə Rəşad dostunun bacısı Türkanı görür və Səmra ilə tanış edir.Türkan hamilə idi.Bir az söhbətdən sonra isə Türkanın yoldaşı gəlir. Vəəəə o an....((( Nəhayət 6 ildən sonra Atabəy və Səmra qarşılaşır.Bir zamanlar bir yerdə xəyal quran bu iki gənc,indi başqa insanların həyat yoldaşları idi.Atabəy Səmranı görən kimi heç nə olmamış kimi Türkan'a biz əvvəl sinif yoldaşı olmuşuq dedi.Bundan sonra öz otaqlarına ayrılırlar.Səmra Atabəyi 6 il sonra heç düşünmədiyi şəkildə görmüşdü.Onu gördüyü üçün həm kövrəlmiş həmdə şokda Rəşada tez bir zamanda bu oteldən ayrılmalarını və evə getmək istədiyini bildirir.Rəşad isə olanlara anlam verə bilmir. Kövrəlmiş Səmranı görəndə,onun ev üçün darıxdığını və atası xəstə olduğu üçün qayıtmaq istədiyini düşünür.Tez bir zamanda bilet işini həll edir və qayıtmaq üçün hazırlaşırlar. Son Görüş.... Səmra və Rəşad oteldən ayrılarkən son dəfə Atabəyi görür.Amma bir birlərinin üzünə baxa bilmirlər.Atabəyi,Səmra və Türkan ilk dəfə doluxsunmuş şəkildə görürlər.Səmra tez özünü ələ alır və sağollaşırlar....sonu böyle olmamalıydı...((( Son Məktub...(Atabəy yazır) Və mən bilirəm... Bilirəm ki, yollarımız ayrılmış olsa da, aramızda məsafələr olsa da, bir ömür bir-birimizi görmədən yaşasaq da, xatirələr zaman-zaman yaddaşımızdan silinib getsa da va an nəhayət, biz bu dünyadan getsək də ruhumuz abədi olaraq birlikdə olacaq!... Kitabı
Sabina
Sabina
alıntılarından bəyənərək oxudum.Sonunu bele gözləmirdim...Belə bir söz var "Sevgidə qürur olmazmış" kitabda isə bunun əksini gördük.İnsan çox sevəndə bağışlaya bilmir.Çünki hər şeyini bilən insanın,sənə inanmaması qədər pis bir şey ola bilməz. Mən də tərs biri olduğum üçün düşünürəm ki,Atabəy kimi edərdim))
Sənə Yazmadım, Səni Yazdım
Sənə Yazmadım, Səni YazdımDilşad Talıbova · Qanun Nəşriyyatı · 201699 okunma
·
3 artı 1'leme
·
140 görüntüleme
Sabina okurunun profil resmi
Birinci dəfə oxuyanda 17 yaşında idim. Çox sevmişdim hətta. İkinci dəfə oxuyanda da sevdim, ama düzü bir az sadə gəldi. Hətta kitabda bir yerdə Rəşad Səmraya deyir ki, sən böyükdürsən bu yeniyetməlik vaxtı olan bir sevgi idi sən ona yüklənmisən deyə hər şeyi çətinləşdirirsən. Bu fikri kitab üçün ümumiləşmə olaraq qəbul etdim mən. Amma yenə də məktəb sevgisi tam başqa olur deyə həm Səmra həm də Atabəy üçün unudulmaz oldu deyə düşünürəm. Sevgidə qürur olmur düzdü. Amma bəzi şeylər var ki, qürurdan deyil o qədər inciyərsən bağışlamaq istəsən də ürəyin qəbul etməz,bağışlamaq gəlməz ürəyindən.
Aytən Zülfüqarova okurunun profil resmi
Düzdü,amma məncə hər ikisində günah var.Səmra 3 il sonra Atabəyə ad günündə məktub yazır, Atabəy isə məktubu oxusa da, cavab yazmır..Amma başqası ilə evlənsə də Səmranı yaddan çıxara bilmir.Bədənləri bu dünyada qovuşmadı,amma ruhunun Səmraya aid olduğunu son məktubda bildirir.🥹 Önərin üçün çox sağ ol.🩷Oxuyarkən obrazların duyğularını hiss etdiyim kitablardan oldu.
2 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.