Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

80 syf.
·
Puan vermedi
·
14 saatte okudu
Kitab özündə 7 hekayəni birləşdirir.Məktəb vaxtında dəfələrlə Cəlil Məmmədquluzadənin əsərlərini oxusam da , indi bir daha oxuduqda fərqli fikirlər yaranır Poçt qutusu hekayəsinin baş qəhrəmanı Novruzəlidir .Biz Novruzəli xarakteri ilə o dövrkü insanlarımızın əksəriyyətinin elmini , savadını , dünyagörüşünü müşahidə edirik . Hadisələr xanın Novruzəlidən məktubu poçt qutusuna atmağı istəməsi ilə baş verir .Bugün bu qədər texnologiyaların ətrafında olan , hər gün yüzlərlə biliklərlə əldə etmək məcburiyyətində qalan , innovasiyalarlar görən bir şəxs üçün hekayə çox sadə və gülməli gələ bilər . Kitabda olan hekayələrdən biri də Usta Zeynaldır .Elə baş qəhrəman da odur. Bu hekayəni oxuyarkən Usta Zeynal nədənsə bu gün də rast gəldiyimiz bəzi insanları xatırlatdı . Digər insanları da öz yoluna çəkmək istəyən , hər kəsə boş məsləhətlər verən , soruşsalar sən nə əldə etmisən? bir cavab verə bilməyən kəsləri xatırladır .Sanki öz etdiyi hər şey düzdür , digərləri səhv .O doğrunu görür və bilir digərləri yox . Əslində belə kəsləri həm həyatda , həm də belə əsərlərdə görəndə kiməsə məsləhət vermişəmsə özümü qınayıram) Zırrama -adı ilə diqqət çəkən növbəti hekayələrdən biri -Əslində xüsusi bir fikrim yoxdur , burda da Mirzə Cəlil bizə o dövrün bir insanını bu dəfə qəhrəmanın öz təbiri ilə " Novruz ağanın qardaşı oğlu Qurbanqulu" ilə diqqətə çatdırır.Bu qəhrəman Molla Nəsirəddini tutdumu buraxmaz , qarşısındakının halını nəzərə almadan elə israr edər .Elə el içində Zırrama ləqəbini də bu cəhətindən alar . Quzu - Hər şey Məhəmmədhüseynə pay gələn quzu ilə başlayır. Quzu arıq olduğundan kəsməyib , ondan yararlanmağa çalışır. Ağlına xana aparmaq və nəsə əldə etmək düşür .Məhəmmədhüseyn özündə ağıllı idi .Həmin quzunun pulunu düz üç dəfə xandan alır .O xanın qonaqlıqlarda içkili olmasından istifadə edir və hər dəfə xanı borclu çıxarıb xandan bir üçlük alır . Saqqalı uşaq -Hekayənin əvvəlki adı "Yağ satan" olmuşdur .Ancaq elə yeni adı hekayəyə daha çox yaraşır.Hekayəni nəql edənə Molla Nəsirəddin desək , o ilk başlarda öz uşaqlarına verdiyi tərbiyədən narahat olmağa başlayır. Bunun səbəbi dəfələrlə uşaqlarına divarı yazmamağı tapşırsa da , hər dəfə qapının arxasındakı divarın yazılı olduğunu tapır . Bir ata üçün bundan daha pisi isə üç uşaqdan (Heydər , Teymur ,Qurban ) heç biri etdiyini boynuna almaması , qorxması , yalan danışması idi. Və atalarını dərd alır . Yalnız o vaxt gerçəklər ortaya çıxır ki , ərdəbilli Kəblə Əzimdən Nəsirəddin yağ-yumurta alır .Belə ki , təsadüfən O, Kəblə Əzimin divarı yazdığını müşahidə edir . Məsələ aşkar olur .O, yazı bilmədiyindən nisyələri, borcları belə divara cızırmış. Ata övladlarını çağırır , bunu saqqalı uşağın yazdığını deyir .Həm ataya , həm də övladları bundan şadlanırlar , təbii ki şadlanmağın səbəbi bizə şəksiz aydındır . Buz -bu hekayəni də şərh etsəm , qəhrəmanımıza ağır xəstə olan xalası üçün buz almaq tapşırırlar.Lakin uşaq ağlı aldığı buzu yayın isti günündə cəld çatdırmaq əvəzinə , yolda oyana-buyana boylana-boylana , dalaşmağa yoldaşını axtara -axtara əridir .Geri qayıdanda həm anası , həm xalasının əri onu cəzalandırır . İki -üç gün sonra xalası rəhmətə gedir .Bu hadisə də 10-12 yaşlı bu uşağın beynində iz salır .Əsəri nəql edən qəhrəmanımız böyüsə də yay aylarında hər buz satan gördükdə həmin günü xatırlayar , gah özünü xalasının ölümündə günahlandırar , gah da müəyyən fikirlərlə təskinlik tapar . Konsulun arvadı - bu hekayə də kitaba daxil olan sadə həyata dair hekayələrdən biridir .
Poçt Qutusu
Poçt QutusuCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 2021278 okunma
·
71 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.