Gönderi

·
Not rated
Kapitan Qrantın Uşaqları.
Jül Vern. Kapitan Qrantın uşaqları. Qarşısıalınmaz ədəbiyyat sevgimin qığılcımlarını alovlandıran, 12 yaşında ikən oxumağa başladığım ilk roman. Məncə, bu roman kitab oxumaq üçün maraq yaradacaq əsərlərin başında durur. "Kapitan Qrantın uşaqları" romanı fantastik, macəra üslubunda yazılıb. Jül Vern az səyahət etməsinə baxmayaraq, coğrafi biliklərinə əsasən heç olmadığı əraziləri sözlə elə təsvir edir ki, oxucu sanki həmin yerlərin havasını hiss edir, mənzərəsini seyr edir. "Kapitan Qrantın uşaqları" romanının məzmununu illər öncə dəniz səyahətində itkin düşmüş Kapitan Qrantın axtarışı təşkil edir. Onun axtarışını "Dunkan" gəmisinin sahibi Eduard Qlenarvın və yoldaşları Elen Qlenarvın, Con Manqls, Mak Nabs öhdəsinə götürür. Qlenarvın Dunkanla gəzintidə olarkən torlarına bir çəkic balığı düşür. Balığın qarnından şüşə butulka çıxır. O butulkanın içində isə vaxtilə itkin düşmüş Kapitan Qrantdan mesaj var. Həmin mesajı oxumaq üçün naməlum, 3 müxtəlif dildə yazılmış parça-parça olmuş məktubu birləşdirmək lazımdır. Kapitan Qrantın uşaqları Meri və Robert də bu axtarışa qoşulur. Əsərin ən maraqlı obrazlarından biri olan coğrafiyaşünaş Jak Paqanelin dili ilə bizə səyahət olunan yerlərin coğrafiyası haqqında maraqlı məlumatlar verilir. Amma huşsuzluğu bu alimin başına saysız macəralar gətirir. O Dunkanı Hindistana gedən gəmi ilə səhv salıb minir və öz kayutunda 36 saat yatır. Sonra tərcümə etmək istədiyi dilləri dəyişik salır və s. O, Əsərin ən rəngli personajlarındandır. Axtarış zamanı qəhrəmanların başına sayısız macəralar gəlir. Dəniz quldurlarının üsyanı, qırmızı canavarlarla döyüş, vəhşi heyvanlar, təbiət hadisələri, itkilər, aclıq, Dunkanın quldurlar tərəfindən ələ keçirilməsi və s. 100-dən artıq dilə tərcümə olunmuş bu maraqlı əsəri maraqla və həyəcanla oxumuşdum. Qəhrəmanların hiss və həyəcanlarına, qorxularına şərik olmamaq əldə deyil. Həmin dövrdə keçirdiyim hisslər indi də yadımdadır, epizodları xatırladıqca təkrar eyni hissləri keçirirəm. Bu da əsərin möhtəşəmliyindən və yazıçının ustalığından irəli gəlir
Kapitan Qrantın Uşaqları
Kapitan Qrantın UşaqlarıJules Verne · Altun Kitab · 02,091 okunma
·
70 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.