Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

·
Puan vermedi
İdeal kimdir?
"Azərbaycan ədəbiyyatında ən sevdiyim nasir kimdir?" sualına heç vaxt dürüst cavab verə bilmirdim. Ta ki, İsa Muğanna ilə tanış olana qədər... Bu əsər haqqında çox eşitsəm də hələ oxumağa tələsmirdim. "Azərbaycanın Dostoyevskisi adlandırılan", "kosmosdan ÜN(səs) eşidərək" əsər yazan yazıçının ədəbiyyatına daxil olmağa özümü hazır hiss etmirdim. Oxuduğum kitabları İsa Muğanna oxumaq üçün hazırlıq mərhələsi hesab edirdim Buna görə yalnız bu il "İdeal" əsərini oxumağa nail oldum. Və belə başa düşdüm ki, indiyə qədər oxuduğum hər şey yalan və təhrifdən ibarət imiş... Necə yəni, dilimiz, dinimiz, adımız təhrif olunub? Quran yox GurÜn? Süleyman yox ƏsƏlMən Əslində hər hecasında bir cümlə yükü qədər məna olan dilimiz qədimdən bəri düşmənlər tərəfindən təhriflərə, dəyişikliklərə məruz qalıb. İdeal romanının ilk səhifələrindən İsa Muğannanın özünəxas yazı üslubuna öyrəşməyə çətinlik çəkdim, amma sonra səhifələr su kimi axıb getdi. Qədim Muğ tayfasından olan Muğanna bu bəddi-fəlsəfi romanında türklərin, azərbaycanlıların tarix boyu başına gələn müsibətlərə və onun səbəblərinə vətəndaş yazıçı kimi toxunur. Bu əsər nəsrimizdə postmodernizmin başlanğıcını qoyub. İsa Muğannanı dünya ədəbiyyatı üçün möcüzə hesab edirlər. Çünki, o dövrdə ən məşhur dünya yazıçılarının əsərlərində belə bu üsluba rast gəlinməyib. Yazılan əsərlərimiz SSRİ senzurasından təhrif olunaraq buraxılır, səsini çıxaranlar repressiya olunur... Əsərdə siyasi, ailəvi məsələlər paralel aparılır. Şəhərdən oxumaqdan gələn Səməd sevgilisini özü üçün İdeal hesab etdiyi əmisi Sultan Əmirlinin arvadı olaraq görür. Dünyası başına yıxılır. Kənddə onu əmisinin arvadını unutmamaqda, o qızı hələ də sevməkdə günahlandırırlar. Əmi ilə balası arasına düşmənlər nifaq salmaq istəyir. Bəs əslində katib Sultan Əmirli o qızı necə gəlin gətirmişdi? Onun başına nə oyun açmışdılar? Fəlakətlər də ard-arda gəlir. Atasının qətli başından getmir. Onun özünü də gələcəkdə başqası İdeal hesab edəcək. Bəs o həqiqətən ideal ola bilirmi? Əslində kimdir İdeal? İdeal seçdiyimiz insan da səhvlər edə bilər. İdeal insan şəxsiyyətinin özüdür. Muğanna o dövrdə alçaldılan, əzilən xalqın İnsanını İdeal olaraq göstərir. #ideal #Muğanna
İdeal
İdealİsa Muğanna · Hədəf Nəşrləri · 201328 okunma
·
28 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.