Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

·
Puan vermedi
3 il bundan əvvəl imtahan nəticələrimi gözlədiyim həyəcanlı günlərin birində tanış olduğum detektiv yazıçı Elxan Elatlı. Oxuduğum ilk kitabı "Məhəbbətin gizli kodu" idi. Kitab çox oxunaqlı, süjet xətti çox maraqlı idi. Yazıçının özünəməxsus üslubu nəzərə çarpır. Hekayə o qədər axıcı idi ki, kitabı 1 günə bitirdim. Və o gün bu gün, E.Elatlı kitablarını eyni həyəcanla və maraqla oxuyuram. Kitab oxumağa yeni başlayanlar üçün Elxan Elatlı doğru seçimdir. Romanda detektiv janrında əsərlərdə olduğu kimi bir qatilin axtarışı gedir. Amma həm də sevgi, xəyanət, yalan və digər mənəvi məsələlərə də toxunulur. Əsərdə qatil hesab etdiyim sonda məsum, günahsız hesab etdiyim isə cani çıxır. Bu Elatlının bir çox detektiv əsərlərinə xas cəhətdir. Məntiqi ardıcıllıq, hadisələrin bir-birilə əlaqəsi uğurludur. Romanda Sayılıb-seçilən ailədən olan Təhmin adlı 30lu yaşlarda olan bir kişi 11-ci sinif şagirdi olan Nərmin adlı qızla eşq yaşayır. Qızın atası yaşında olduğuna görə elçi göndərməyə ürək etmir. Və başqa bir qadının həyatını məhv edən bir addım atırlar. Təhmin Nərminlə yaxın olmaq üçün onun böyük bacısı Nilufər ilə evlənir. Nilufər çox gözəl, mənəvi cəhətdən zəngin bir qadındır. O bu evlilikdən peşman olur. Təhminin səhvinə gorə 1 yaşlı oğulları da ölür və Nilufər psixi cəhətdən travma alır və üstəlik Bacısı ilə ərini ona xəyanət edərkən yaxalayır. Bundan sonra Təhmin onu öldürmək niyyətinə düşür. Amma başqa bir cəsəd ortaya çıxır. Məşhur detektiv Qanbay Qasımlı bu cinayətin üstünü açır "amma o heç vaxt qatilin kim olduğunu demir". Bunun da çox dəhşətli səbəbi var. Qasımlı Elxan Elatlının çox məşhur detektiv obrazıdır. Onun çox dəhşətli həyatı olub. Və o bu əsərdə illər öncə itirdiyi həyat yoldaşından sonra ilk dəfə bir qadına aşiq olur. #Məhəbbətingizlikodu #ElxanElatlı #QanbayQasımlı
Məhəbbətin Gizli Kodu
Məhəbbətin Gizli KoduElxan Elatlı · Teas Press · 2016431 okunma
·
85 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.