Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Bir sevgilinin şəklini as qəlb otağından Hərdən dəmi gəldikdə götür öp yanağından Məstanə könül içsə belə acı şərabı Yarın ki görür bal tökülür gül dodağından Qəm ruzisi zinət gətirib süfrəmə axşam Məhrəm biri gəlmir ki yesin bir qırağından Tənhalığa xəlqin qaçıram bəd nəzərindən Ruhum da həyatın yorulub təmtərağından Gün düşsə oyatmaz gözümü qəm yuxusundan Bir zərrə düşə zülmətə yarın çırağından Gözlər yumulub getsə də röyaya əzizim Zənn etmə cəmalın yox olur göz qabağından Şahım,mənə bir söz de əmanət qala məndə Keçmişdə qulun sırğa asıblar qulağından Yarın o səbəb ətri bu dünyanı götürmüş Bir tel küləyin cənginə düşmüş darağından Bir busə götürdüm o gülün ləli-ləbindən Fərz et dirilik çeşməsi daddım damağından Hər gün onu görsə yenə həsrətdədi könlüm Söhbət açıram Allaha Allah qonağından Axır yenə mən bəxtəvərin gəldi gözündən Bir qətrə su içmişdi səadət bulağından.
·
493 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.