Puan vermedi·88 syf.····Okunma: 06 Eylül 2023 20:28 Schopenhauer’ə görə həyat bir “istəmək mexanizmi” üzərinə qurulub. Həyatı “istəmə dünyası” olaraq təsvir edir. Onun fikirlərinə görə varlığın özündə daha çoxa çatmaq cəhdi var.
“Hayattan beklentilerimiz,son ana kadar bizi kendimizle baş başa bırakmaz. Yeni yarışlara sürüklenmemize neden olur. Ait olmadığımız yarışlarda kayboluruz. Her şey kendimizi unutarak başlar”.
Schopenhaur’ə görə dünya bir tasarımdır. İnsan məhdud varlıqdır və dünya onun üçün qavraya bildiyi qədər mövcuddur. Bu fikirlərdə Descartes’in Schopenhauer üzərindəki təsirlərini görə bilirik. Descartes “düşünüyorum,öyleyse varım” deyərək kəskin bir şübhəciliyə işarət edirdi. Ətrafımızda gördüyümüz hər şey,algıladığımız kimi olmaya bilər. Bir yansımadan ibarətdir,bəlkə də. Bu nöqtədə bizim varlığımızı sübut edən tək şey,yanlış düşünsək belə,düşünməyimizdir. Kant’a görə Descartes haqlıdır;insanın düşünə bilməsi onun varlığını sübut edir. Ancaq kainatın boşluğunu və Tanrını düşünə bilmərik,ağlın sərhədləri var. Schopenhauerin də təsirlənmiş olduğu Kant’ın fenomenlərinə görə şəxs ətrafındakı şeyləri ağlında var olan segmentlərə əsasən qavraya bilər. Nəticə etibarilə,Schopenhaurə görə dünya bir tasarımdır və azad iradə yoxdur.Kozmik iradə var və o özü də niyə olduğunu bilmədən insan soyunun,yaşamın davam etməsini təmin etmək üçün çalışır. Bunu da sonsuz bir istəmə durumu vasitəsilə edir. İnsanlar daima nə isə istəyir, amma heç vaxt qane olmur. Hər zaman məmnuniyyətsizlik,boşluq hissi ilə savaşır. İstəmək,heçlikdən varlığa keçişdir. Məsələn,bizim varlığımız ata anamızın uşaq istəyinin nəticəsidir. Amma bu şüurlu bir istək,seçim deyil. Şüursuz bir istəkdir,çünki azad iradə yoxdur və bu sadəcə kozmik iradənin yaşamı davam etdirmə çabasıdır. “Seçimlerimizi ancak şimdi ürettiğimiz bir nedenle anlatabiliriz. Seçim sırasında neden yoktur”.
Bütün bunlar nəticəsində Schopenhauerin fikrincə, xoşbəxt bir yaşam mümkün deyil. Xoşbəxtlik bir illüziyadır,insanlar daima onun arxasınca qaçır,lakin heç vaxt tuta bilmir. Çünki sonsuz istəmək,qane olmamaq durumu var. Sonsuz acı və iztirabın mövcud olduğu dünyada xoşbəxtliyin yox,daha az acının peşindən koşmalıyıq. Xoşbəxt yox,erdemli,kahramancasına bir həyat yaşamağa çalışmalıyıq. Bunun da yolu feragat etməkdən keçir. Ötəri həzləri, daima nəyisə istəməyi buraxmalıyıq. (Schopenhaure doğu fəlsəfəsinin,Buddanın təsiri) İkinci olaraq da mərhəmətli olmalıyıq. Dünyada yetərincə acı,iztirab var və onun fərqinə vardıqdan sonra ətrafımızdakı insanlarla daha çox empatiya qurmağa,onlara yardım etməyə çalışmalıyıq. İnsan,heyvan və təbiətlə daha mərhəmətli davranmalı, daima dünyaya fayda verməyə çalışmalıyıq (Schopenhaurə görə “üstün insan” olmaq). “Sıradan insanlar” kimi bencil, sadəcə özünü düşünən,boş həzlərin arxasınca qaçıb içindəki boşluğu doldurmağa çalışan insanlar olmamalıyıq. Çünki sıradan insanlar belə davranaraq kozmik iradəyə xidmət edir və acı,iztirabı artırır,düzeni davam etdirir. “Dünya bitmek bilmeyen acıların sürekli üretildiği bir yerdir. Bu gerçeği gören ve feragat ederek tuzaktan kendini kurtaran kişi, kainatın en yüce değeri olan merhameti yaşamın merkezine alacaktır”.
Schophenhauer Nietzsche’nin fəlsəfəsinə təsir göstərmişdir. Nietzsche’nin fikrincə Tanrı ölüb,beləliklə cənnət-sonsuz qurtuluş məqsədi də yox olub. Bu azadlığın cəzası da mənasızlıqdır.Schopenhauerin bəhs etdiyi sonsuz acını Nietzsche belə izah edir və öz fəlsəfəsi ilə bu mənasızlığa rəğmən həyatı olumlu hala gətirməyə çalışır.
Schopenhauerin Nietzsche üzərindəki digər önəmli təsiri də “sonsuz dönüş” teoriyasının ortaya çıxmasıdır. Bu teoriya əsasən həyat bizə yeni acılar sunmur. 20’lərində yaşdığın acının təkrarını 30’larda, 40’larda… təkrar-təkrar önümüzə çıxarır həyat. Ona görə həyat hazırlaşa bilmədiyimiz bir imtahan deyil,əksinə hazırlaşmaq,özümüzü dönüşdürmək üçün dəfələrlə şans verir bizə.
“Mutlu bir hayat imkansızdır; insanın erişebileceği en iyi,en fazla şey bütün insanlığın hayrına olacak bir işte ve bir yolda ezici talihsizliklere, bunaltıcı güçlüklere karşı mücadele eden ve her ne kadar eline sadece önemsiz bir ödül ya da hiçbir şey geçmese de sonunda bundan galip çıkan kimsenin yaşadığı gibi,kahramanca bir hayattır”.