Gönderi

96 syf.
·
Puan vermedi
·
18 saatte okudu
Cəfər Cabbarlı - Sevil
Sevil
Sevil
Cafer Cabbarlı
Cafer Cabbarlı
Azərbaycan ədəbiyyatının şedevrlarından biri-Sevil "Qadının qəti azadlığı üçün yalnız çadrasını açması bəs deyildir. Halbuki Avropada qadınlar çadrasız ikən azad deyildirlər. Qadına ən başlıca iqtisadi azadlıq lazımdır" yazılmışdır Sevilin kitabında. Öz gənclik illərini Balaşa fəda etmiş Sevil axırda Balaş tərəfindən aldadılmış və övladı əlindən alınmışdır. Ayrılmaqlarına baxmayaraq Balaşın təsiri altında qalmış Sevil Balaşla son görüşdən sonra həyatının dönüş nöqtəsini yaşayır. Yazıçıya bu yöndə ( Sevilin çadrasını açıb pozğunluğa getməsi) haqq verməmək normaldır ilk baxışdaş Ancaq məsələyə tam dəqiqliyi ilə baxsaq görərik ki, məqsəd tamamilə ayrıdır. Aşılanan fikir Sevilin "Namus yalnız qadınların daşıdığı sözdür" deməsi ilə anlaşılır. Əsərin yazılmasından bir əsr keçsə belə mövzu aktual olaraq qalmaqdadır. Qadınların hər hansısa bir hərəkətini böyüdüb onun adını pozğun çıxaranlar, " Kişiyə hər şey olar" adı ilə yaşayırlar. Əsərdə qadın azadlığı ilə bərabər dini mövhumat mövzusuna da toxunulmuşdur. Odur ki, ikinci pərdədə Əbdüləli bəylə Məmmədəli bəyin dialoqunda İslamda qadının göz qabağında belə olsa bəkarətini itirə biləcəyindən və onun mütləq şəkildə ortünüb qapalı qalmasından və dünyadan yayınmasının gərəkliyindən bəhs edilir. Eynilə sözü gedən səhnədə bu "dini vaciblər" sadalandıqdan sonra içki içilir və Məmmədəli bəy deyir " Başın ağrayır araq iç, gözün ağrayır araq iç. Avropalılar rumkada içir sən kasa ilə iç". Ümumiyyətcə kitab o qədər axıcı bir dildədir ki, mən sadəcə iki saata oxuyub bitirdim. Deyilənə görə əsər teatrda nümayiş etdirildikdən sonra bir çox qadın çadradan imtina etmişdir. Kitabın 1929 cu ildə eyniadlı filmi çəkilmişdir. Son olaraq bunu demək istəyirəm ki, bu gün rahat bir şəkildə təhsil alıramsa , inkişaf edirəmsə və hətta burda bu kitabın təhlilini azad bir şəkildə yazıramsa yazıçılarımıza ən çoxda
Cafer Cabbarlı
Cafer Cabbarlı
Cəfər Cabbarlıya borcluyam. Tanrıya şükürlər olsun ki bizim belə zəngin ədəbiyyatımız və dərin düşüncəli dramaturqumuz olub!
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020343 okunma
·
45 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.