Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

GÖRSƏN, TANIMAZSAN
Yollarım səmtini dəyişib tamam, Özüm də bilmədən başqalaşmışam. Qayğılar qəlbimə tuşlanan andan Dözüm kəlməsiylə qoşalaşmışam. Görsən, tanımazsan, əzizim, məni, Sənə yad, çox uzaq soraq olmuşam. Yolunu itirmiş kompassız gəmi, Bir qəfil, bir qərib qonaq olmuşam. Pozulub uçduğum durna qatarı, Sulara cummuşam min ümid ilə. Tufanlı dənizin şah dalğaları Məni tullayıbdır qumlu sahilə. Başım açılmayıb qayğı-möhnətdən, İllər çox arzumu saya salmayıb. Haçansa sən sevən şən Hidayətdən İndi iz qalmayıb, əsər qalmayıb. Nə göy həmin göydür, nə dağ həmin dağ, Çaylar da nəğməsiz şütüyər, axar, Ancaq duyarsanmı dalınca hər vaxt Qəlbimdən min həsrət boylanar, baxar?! Amma duyarsanmı baxışlarımın İçində bir gizli dəyanət yaşar. Alnımda yurd salmış qırışlarımın Altında ilk sevda, ilk söhbət yaşar. Sevgin gözlərimdə bir zərif teldir, O, aydın oxunar dərindən baxsan. Məni tanımasan günah deyildir, Amma öz eşqini tanımalısan!
Sayfa 301
·
1.223 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.