Qısa amma təsirli bir əsərdir.Həmişə insan oğlunun daha çoxunu istəməyini,gözü doymamağını ,pulun insanları necədə tələyə sala biləcəyini elə gözəl başa salırki əsər.O deyirləre pul insanı dəyişir,pul pulu tapandan çox ətrafındakıları dəyişir .Bu əsər də buna çox gözəl nümunə idi.Bəzən bir şeyi edirik sonra deyirik belə olsa daha yaxşı olardı ,həmişə daha çoxunu istəyirik amma heç düşünmürük ki elə olsa bəlkə daha pis olacaqdı. Əlimizdəkilərin qiymətini bilək. Düzdür həyat risklərdən ibarətdir amma riskə girməzdən əvvəl itirəcəyimiz şeylerin qazanacağımız şeyə dəyib dəyməyəcəyini yaxşı nəzərdən keçirmək lazımdır. Oxumağa dəyərdi.