Gönderi

472 syf.
10/10 puan verdi
·
8 günde okudu
Daha bir hind xalqlarının yaratdığı gözəl əsər! "Tutinamə" müəyyən qədər "Min bir gecə"yə bənzəyir. Əsəri sanskrit dilindən fars dilinə ilk dəfə İmad bin Məhəmməd ən-Nəəri tərcümə etmiş və adını "Cəvahir ül-əsmar" qoymuşdur. Lakin tərcüməsi uğurlu alınmamış və yetəri qədər diqqət toplamamışdır. Daha sonra bu əsəri Ziyaəddin Nəxşəbi tərcümə etmiş və daha ürəyə yatımlı hala salmışdır. Əsər 52 gecədən ibarətdir və hər hekayə Tuti adlı tutuquşunun dilindən danışılır. Bu quş necə evə gətirilib, onu deyim. Meymun adlı gənc tacir səfərə getməyə hazırlaşan vaxt bazardan 2 ədəd quş alır, biri tuti, digəri də sığırçın. Bunları gətirir evə ki, yoldaşı Xocəstə sıxılmasın və yoldaşına tapşırır ki, nə iş görəsi olsa əvvəlcə bu 2 quşdan məsləhət alsın. Günlərin bir günü Xocəstə pəncərədən bir oğlan görüb bəyənir, elə oğlanın da Xocəstə ürəyinə yatır. Oğlan Xocəstəni yanına gətizdirməyi bir qarından xahiş edir. Qarı bunları Xocəstəyə çatdırır. Xocəstə oğlanla görüşə getməmişdən əvvəl şakərin (sığırçın) yanına gəlib məsləhət alır. Lakin şakər Xocəstənin eşitmək istəmədiyi şeyləri deyir, bundan qəzəblənən Xocəstə şakəri öldürür. Daha sonra üzünü tutur tutiyə. Ağıllı tuti hiylə işlədərək Xocəstənin düz hərəkət etdiyini, oğlanla görüşməyində eyib bir şey olmadığını söyləyir və əlavə də edir ki, aqibətin filankəs (hekayələrdə bəhs edilən şəxsləri nümunə çəkir) kimi olmasın. Xocəstədə maraq oyatmağı bacaran tuti 52 gecə hekayə, əhvalat danışaraq Xocəstənin xəyanət etməsinin qarşısını alır. "Kəlilə və Dimnə"dən daha axıcıdır.
Tutinamə
TutinaməZiyaüddin-i Nahşebi · Jekoprint · 20201 okunma
·
3 artı 1'leme
·
39 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.