·168 syf.····Okunma: 24 Eylül 2023 19:58 Bir çoxumuzun bildiyi "Verter effekti" adı ilə tanınan kütləvi intiharlar məhz bu kitabla əlaqədardır. Əsər Verterin intiharı ilə bitir və təsir gücü o qədər böyük olur ki, Avropada özünəqəsd epidemiyası geniş yayılır. Ancaq bildirmək istəyirəm ki, kitabdakı hadisələr intihara gətirəcək qədər təsirli deyildi. Düşünürəm ki, bu fikir həmin vaxtlarda şüuraltına işləyərək insanları ölümə aparıb. Zənnimcə, həmin vaxtlar özünə qəsd edən insanlar özlərinin "mental çöküş" ərəfəsində olublar və kitab da onlara bir növ "çıxış" yolunu göstərib.
Baş qəhrəman evli bir qadına aşiq olur və eşqinə qovuşa bilməyəcəyini dərk edəndə buna dözmür. İntihar edir. Qısacası, imkansız eşqin insanı haralara gətirə biləcəyindən danışan epistolyar janrda yazılmış bir kitabdır.
Oxumağa dəyərdi.