Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

216 syf.
5/10 puan verdi
·
13 saatte okudu
"Torpağa su qatılanda palçıq, qan qatılanda Vətən olarmış" - bu məlum həqiqət kəndimizin iki şəhid anası, müqəddəs anası, ocaq anası Ziba xanımın dilində necə böyük səslənirdi, İlahi! Bir var, sən torpaqla bütünləşirsən, bir də var, torpaq səninlə bütünləşir. Salam. Hər vaxtınız xeyr dostlar.. Ölümüylə Azərbaycan xalqının "Böyük Vətən müharibəsi"ni başladan generalımız Polad Həşimovun həyat yolundan bəhs edən "Polad Həşimov xatirələrdə" kitabının təhlil edilmiş formasında yazılmış "Polad necə bərkidi?" kitabıyla sizləri tanış edim. Dediyim kimi və mənim fikrimcə, hər bir azərbaycanlı oxucu kimi, oxuduğu kitabdan təsirlənmiş və duyğulanmış İlqar Kamil yaşadığı hissləri bu kitabda qələmə alıb. Polad Həşimov ölümüylə tarix yazan sərkərdə kimi oldu hamının gözündə. Onun ölümüylə xalqın qəhrəman oğullarının ürəyində intiqam atəşi yandı. Və bu atəş 44 günə "ermənistan ordusunu" torpaqlarımızdan təmizlədi. Kitabı oxuyarkən "Polad Həşimov xatirələrdə" kitabını paralel oxuyurmuş kimi hiss etdim özümü. Təhlilimi elə kitabdakı bir alıntı ilə bitirmək istəyirəm... Bəli, insan olmaq! Və məncə, general Həşimov təkcə peşəkar hərbçi (oxu: dahi) olduğu üçün deyil, daha çox insan olduğu üçün belə şiddətlə sevildi - yəni Poladı Polad edən insanlığı, dürüstlüyü oldu. Elə işinin peşəkarı edən də!
Polad Necə Bərkidi
Polad Necə Bərkidiİlqar Kamil · Parlaq İmzalar · 202019 okunma
·
582 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.