Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Kəsib tullayasan qollarını da, Yetim saxlayasan qucaqlarını... Biryolluq hamıdan çıxıb gedəsən, Bir it qucaqlaya ayaqlarını... Ay ağac, yazıqsan – qış ağacısan, Bu bekar torpağın boş ağacısan, Bilsəydim anamın baş ağacısan, O vaxt sındırmazdım budaqlarını... Qırmızı kəndirdə boynun dincələ, Ölüm də gələndə gülərüz gələ, Bir gün uzağlardan bir payız gələ, Deyə ki, qaytarın yarpaqlarımı!..   *** sən axı bilmirsən üzünnən irağ –  it kimi darıxmağ nə təhər olur... sən axı bilmirsən sənin yoxluğun hamıdan, hər şeydən beş-betər olur. sən axı bilmirsən əlim qurusun –  sənə açmadığım zəng zəhər olur... günəş zəhər olur gün zəhər olur, yağış zəhər olur yol zəhər olur, bir qurtum araqla bir siqaretlə uzanır gecələr taa... səhər olur... sən axı bilmirsən hardan biləsən üzünnən irağ –  it kimi darıxmağ nə təhər olur...
·
1 artı 1'leme
·
34 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.