Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

408 syf.
·
Puan vermedi
·
13 günde okudu
Həyatınızın kulminasiya dönəmini görə bildiyinizi düşünün. Yaşadığınız həyəcanlar, təəssüratlar sizi xoşbəxt edir, ancaq bir şey var. Xoşbəxtliyiniz başqasının bədbəxtliyi üzərində qurulub.. Təbii ki, bu kulminasiyanı öyrənən oxuyucu xoşbəxt sonluq gözləməyəcək. Amma roman personajlarının həyatlarının dərininə enib, seçimlərinin, hətta "hisslərinin" səbəbini də anlayacaqdır. •Felix- ailəsi tərəfindən hər hansısa səbəbə görə sevilməyən, ana qayğısı görməyən bir gəncdir. Sevgisini özündən yaşca böyük və əlçatmaz qadında tapan Felix, qayğıkeş ana obrazı ilə bərabər Madam dö Mosrofu gözündə ilahiləşdirən bir aşiqdir. •Madam dö Mosrof- özündən əvcəl 3 qardaşının ölümündən sonra dünyaya gələn qız övladdır. Bu cümlə belə onun həyatının necə çətin başladığını görməyə imkan verir. Xüsusən o dönəmdə yaşayan xanım üçün .. •Madlen- Madamın qızı əsərdə ən xoşuma gələn obrazıdır. Həyatı dərk etdikdən sonra lazımi məqamlarda sərt və soyuqdur. ♡Əsəri mənə sevdirən cəhət mövzu yox, Balzak'ın qadın psixologiyasına bu qədər yaxından bələd olması və təsvir qabiliyyətinin çox gözəl olması idi. Eyni mövzuda #QustavFlovert'dən oxumuşdum. Ancaq kitab məni o qədər sıxmışdı ki, kitabı çox gec bitirdim. Balzak'ın dilindən isə sözlər sakit melodiya kimi axırdı. Yazarın insanları müşahidə qabiliyyətinin və bu görüntünün ardında, daha dərinlərdə nələr düşündüklərini öyrənmək istədiyini hiss edirdim oxuyarkən. Bəlkə də, avtobusda oxumağımın buna təsiri olub.. ︎Nəticə olaraq, əsərin sujetinə yox, obrazların psixoloji aspektinə diqqət yetirsəniz daha çox zövq alacaqsınız.
Vadidəki zanbaq
Vadidəki zanbaqHonore de Balzac · Parlaq imzalar · 042,7bin okunma
·
86 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.