R. J. PalacioMöcüzə Oxuduğum ən axıcı, ən cute əsərlərdən biri oldu. "Ay belə çox mükəmməldir, oxumadan ölməyin." falan deyə bilmirəm ama əgər çox yormayan, oxuduqca həm sevindirən, həm kədərləndirən bir şey istəyirsinizsə bu odur. Əslində kitab sadəcə baş rolun ağzından nəql edilmir. Ondan başqa 4 nəfərin ağzından da nəql edilir hadisələr. Birdəki bir hadisə bir şəxs tərəfindən danışılır. Növbəti hissədə qarşıdakı şəxs tərəfindən danışılır. Əslində bunun sayəsində hadisələrə sadəcə bir perspektivdən baxmamalı olduğumuzu da öyrənirik. Kitabın mövzusu isə fiziki qüsurlu bir şəxsin cəmiyyət tərəfindən necə görülməsi haqqındadır. Bəzən istəməsək də fiziki qüsurlu şəxslərə bir neçə saniyəlik qəribə baxırıq. Bu kitabda əslində həmin o 1-2 saniyənin onlara necə də pis təsir etdiyini də başa düşürük. Əlavə olaraq da insanların xarici görünüşlərinə görə nə qədər çox bullinqə məruz qalmasına da şahid oluruq. Kaş hər kəs ətrafındakıları sadəcə xasiyyətinə, davranışına görə ayırsa. O qədər şirin, tatlış, tontiş kitab idi sadəcə qopa bilmirdim.