Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

160 syf.
8/10 puan verdi
·
Beğendi
Şerlok Holms - Al Qırmızı Etüd
Şerlok Holms - Al Qırmızı Etüd
Al-qırmızı etüd Arturun oxuduğum 2. romanıdır. Kaş "Baskrevillərin iti"ni bundan sonra oxusaydım. Çünki, ən azından Uotsonun istefa etmiş hərbi həkim olduğunu, Şerlokun isə laboratoriyada tədqiqatlar aparan biri olduğunu bilərdim. Şerlokun skripka çaldığını da yeni öyrəndim. Bu əsər isə Aqatanın stilindən xeyli fərqlənirdi. Romanın ilk yarısında cinayətin olması, dedektivlərin fərziyyələri olsa da, ikinci yarısında tamamilə başqa bir hekayə - keçmiş haqqında danışılmağa başlandı. ( Bu hissədə görəsən kitabı səhv çap ediblər deyə düşünmüşdüm. Sonra oxuyanda əslində romanın ən vacib parçası olduğunu anlayırsan.) Qatilin də niyə cinayət törətdiyini də anlamış olduq. 1 günə bitirə bildiyimə görə romanın çox maraqlı olduğunu rahatlıqla deyə bilərəm. Arturun yazı stilini isə hələki tam anlamamışam. Ümid edirəm bu kitabı bitirəndə Aqata ilə arasında olan fərqi tam anlayaram.
Arthur Conan Doyle
Arthur Conan Doyle
Şerlok Holms - Al Qırmızı Etüd
Şerlok Holms - Al Qırmızı EtüdArthur Conan Doyle · Qanun Nəşriyyatı · 014,8bin okunma
73 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.