Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

260 syf.
8/10 puan verdi
·
Beğendi
Şerlokla ilk tanışlığım
Baskervillərin İti
Baskervillərin İti
Şerlokun oxuduğum ilk əsəri idi. İndiyə qədər oxumamağıma səbəb Puaroya xəyanət edəcəyim fikri idi. Amma kitab hədiyyə olduğu üçün öz xoşumla xəyanət etməyəcəyimi düşünüb oxumağa qərar verdim. Maraqlı dedektiv kitablarından biri idi. Bunu oxumaqla niyə dedektiv janr deyəndə hər iki yazıçının, dedektivlərin müqayisə edildiyini anladım. Çünki Artur və Aqata eyni üslubda yazıblar. İlk öncə hadisə baş verir, əsərlər Puaronun dostu Hastinqs ya da Şerlokun dostu Uotson tərəfindən nəql edilir. Ən sonda isə Puaro ilə Şerlok hadisənin üstünü açırlar. Onlar arasında fərqlər, Puaro Şerloka nisbətdə xarici görünüşdə çirkin, ama vərdişləri cəhətdən daha sağlam biri kimi göstərilir. Ondan başqa Puaro hadisəni həll edəndə "kiçik boz hüceyrələrini" istifadə edir. Halbuki Şerlokda elə xüsusi bir şeyə rast gəlmədim. Əsərləri yazmağa başlayanda Aqatanın Arturdan təsirləndiyini demək olar. Amma yaratdığı əsərlərin şah əsər olduğunu demək borcumdur.
Arthur Conan Doyle
Arthur Conan Doyle
Baskervillərin İti
Baskervillərin İtiArthur Conan Doyle · Qanun Nəşriyyatı · 09bin okunma
28 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.