Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

- Bəh-bəh, hələ də namaz qılan adam var? Çox sevindim. Xanım, siz cəddinizin etiqadını qoruyursunuz? Niyə namaz qıldığınızı deyə bilərsiniz? İncidim, əl-ayağım bir-birinə dolaşdı. Dedim: - Əlbəttə, müsəlmanam, hər müsəlman da namaz qılmalıdır. Bu, hər müsəlmanın borcudur. - Bu öhdəliyi sizin üstünüzə kim qoyub? - Təkcə mənim yox, bu borc hamının üstünə qoyulub. Öz peyğəmbəri və Quranı qoyub bu öhdəliyi. - Yəni deyirsən, bir nəfər yuxarıda oturub öhdəlikləri yazıb, atır peyğəmbərin qucağına. Elə əsəbiləşmişdim ki, başım hərləndi. Baxışlarımla Həmiddən kömək istəyirdim. Amma Həmidin baxışında qəzəb vardı. Qızların biri dedi: - Əgər namaz qılmasan, nə olacaq? Dedim: - Günahdır axı. - Məsələn, biz namaz qılmırıq, sən deyən kimi, dua etmirik. Başımıza nə gələcək? Dişlərimi bir-birinə sıxıb dedim: - Öləndən sonra cəhənnəm əzabına düçar olacaqsınız. - Aha, cəhənnəm. De görüm, cəhənnəm necə bir yerdir? Bütün bədənim titrəyirdi. Onlar mənim etiqadımı məsxərəyə qoymuşdular. Dilim tutula-tutula dedim: - Cəhənnəm oddan düzəlib. Yəqin, ilanı, əqrəbi də var. Hamı güldü, mən yalvarışla Həmidə baxdım. Amma o, başını aşağı salmışdı. Gülməsə də, heç nə demirdi. Əkbər Həmidə tərəf dönüb dedi: - Sən ki arvadının gözünü aça bilməmisən, bu xalqı necə xurafatdan qurtaracaqsan? Əsəbi halda dedim: - Mən xurafatçı deyiləm! - Niyə ki, lap eləsən! Səndə günah yoxdur. Beynini yuyublar. Bu işlərin xalqa heç bir xeyri yoxdur. Bu inam səni başqalarından asılı edir. Bunları səni qorxutmaq üçün fikirləşiblər ki, hər nə var, ona qane olasan. Olmayan şeyləri tələb eləməyəsən. Bu ümidlə yaşayasan ki, o biri dünyada bunları sənə verəcəklər. Sənin o şeylərə etiqadın var ki, onlar səni istismar etməkdən ötrü yaranıb. Xurafat budur. Hiss elədim ki, halım pisləşir. Əsəbi halda dedim: - Küfr danışmayın! - Görürsünüz, uşaqlar? Adamların beynini necə yuyurlar? Bunların günahı yoxdu. Bu inancları uşaqlıqdan bunların zehnində əkirlər. Bizim işimiz bunlarla mübarizə aparmaqdır. Bu, narkotik kimi bir şeydir.
·
5 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.