Kitab Finlandiyanın necə bataqlıqlar ölkəsi olmaqdan çıxıb mədəniyyət ölkəsinə çevrilməsindən və daha çox Snelmanın bu ölkəni ideoloji olaraq dəyişə bilməsi üçün verdiyi fikir mübarizəsini mövzu edir. Kitabı ümumən ələ aldıqda indiki cəmiyyətə aid görmək istəmədiyimiz lakin gözümüzün sözün əsl mənasında tam önündə olub da görə bilmədiyimiz bəzi həqiqətləri ehtiva edir. Xüsusi olaraq nəzər yetirsək hər kəs hər fikri ilə razılaşmağa məcbur deyil. Rəngarəng beyinlər içərisində hər məsələyə həll təklifləridə rəngarəngdir və bu rənglərin Snelmanın və yazar Qriqory Petrovun rəngindən fərqli olması çox təbiidir. Finlandiyanın bataqlıqlar ölkəsindən mədəniyyət ölkəsinə çevrilməsi beyinlərin düşüncə bataqlığından tərəqqi meydanına çevrilə bilməsi ilə mümkün olmuşdur.
İkinci dəfədə oxuyardım dediyim kitablarım siyahısında deyil. Sıxıcı irəliləyir. Lakin ana fikri başa düşməkdə çətinlik çəkməyə ehtiyac qalmır.