Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

512 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Əsər XV əsrdə Parisdə keçirilən Təlxəklər bayramının təsvirilə başlayır. Əsərdə Esmeralda, Kvazimodo, Klod Frollonun obrazları təsvir edilir və onların simasında həmin dövrün insanları, mühiti də diqqətə çatdırılır. Həmçinin, Fransanın, Parisin, Notr-Dam kilsəsinin təsviri o qədər dəqiq ifadə edilir ki, heyran qalmamaq mümkün deyil Mənim əsərdə ən sevdiyim obraz Kvazimodo obrazı idi. İnsanlar onu sırf xarici görkəminə görə özlərindən ayırır, onunla sanki o insan deyil də, əcaib bir məxluqmuş kimi davranırdılar. Bununla da təkcə Kvazimodonun yox, günümüzdə də insanların xarici görünüşünü bəyənmədikləri insanlara qarşı davranış tərzini göz önünə qoyur Hər zaman deyirik, xarici görkəm əsas deyil, önəmli olan qəlbin gözəlliyidi. Bəs görəsən bunu dərk edirik? Məncə, bunu Esmeraldanın hekayəsində, onun Kvazimodonun qəlbinin gözəlliyini, kiçik bir yaxşılığını qiymətləndirməsində görə bilərik Esmeralda qaraçı qızı idi, hansı ki, insanlar arasında alçaldılan bir təbəqədən idi. Amma o, "çirkinliyinə" görə əziyyət edilən Kvazimodoya yardım edən tək insan olmuşdu Bəs Klod Froll kim idi? O, keşiş idi, körpə ikən Kvazimodonu himayəsinə götürmüşdü, amma bu uşaq digərlərindən fərqli idi. Sol gözünün üstündə ziyil var idi, başı çiyinlərinin içinə girmişdi, beli də əyri idi. Buna baxmayaraq ona mərhəmət göstərmək, savab qazanmaq istəyirdi. Froll keşiş olmuşdu və ailə qura bilməzdi. Amma onun Esmeraldaya olan sevgisi onu hansı işlərə vadar edirdi? Ümumiyyətlə, bu əsər müzakirəyə açıqdı, üzərində çox danışıla bilər. Amma əsəri oxumayanları nəzərə alaraq ancaq bu qədər qeyd edə bilirəm Əsər bir neçə dəfə filmə çəkilib. Mən 1956-cı ildə çəkilən filmə baxmışam və çox bəyənmişəm
Paris Notr-Dam Kilsəsi
Paris Notr-Dam KilsəsiVictor Hugo · Qanun Nəşriyyatı · 201632,7bin okunma
·
22 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.