Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

504 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Bu kitab onu düşünərək oxuyan insanın həyatında çox böyük dəyişikliklər edə bilər. Düşünürəm ki, bir çoxumuz dünya, dünyanın, kainatın yaranması, insanın necə, nə məqsədlə yaranması haqqında düşünmüşük. "Niyə yarandıq?", "Həyatda məqsədimiz nədir?" kimi suallara hər zaman cavab axtarmışıq. Bu suallara isə minilliklər öncə bir sıra insanlar cavab axtarıblar. Və həmin insanlar digər insanlar kimi gündəlik problemlərini fikirləşən, Goethenin dediyi kimi "gün-güzaran adamları"ndan fərqlənirdilər. Onlar insanın və kainatın sirlərini açmağa çalışırdılar. Bu şəxslər filosoflar adlandırılır. Və bu kitabda Antik dövrdən başlayaraq günümüzə qədər olan fəlsəfdən, filosoflardan bəhs edir. Eyni zamanda qədim dövrdən indiki dövrədək olan tarixi hadisələrdən də yan keçmir. Əsərin ən gözəl cəhəti insanı düşündürməsidir. İnsanı axtarışa cəlb etməsi, kimliyini tapmasına çalışdırmasıdır. Sizcə də, bu aləm, kainat, qalaktikalar, təbiət, insan, insanın duyğu və şüurları olduqca əsrarəngiz deyil? Bu kitabın digər bir gözəl cəhəti isə fəlsəfi problemlərin çox gözəl, praktik yolla izah edilməsidir. Amerikalı yazıçı Madelene L'engle deyir ki, 14 yaşlı məktəbli qızın başa düşəcəyi dillə yazılmış əsər heç vaxt fəlsəfə tarixinə baş vurmamış istənilən adam üçün mükəmməl giriş vəsaiti ola bilər. "Günlərin bir günü, 14 yaşlı Sofi Amundsen məktəbdən evə qayıdanda poçt qutusunun birində "Kimsən sən?", o birində "Dünya necə əmələ gəlib?" yazılmış iki kağız görür. Bu cəlbedici girişdən sonra Sofi onu Norveçdəki kəndlərindən çox uzaqlara aparan suallara qərq olur. Bir müəmmalı filosofdan ardıcıl gələn, Sokratdan Sartra qədər bir çox filosofları əhatə edən məktublarla sanki yazılı kursa daxil olur, eyni zamanda başqa bir qıza ünvanlanan məktublar almağa başlayır. Bəs Hilde kimdir? Niyə ona göndərilən məktublar Sofiyə gəlir? Bu müəmmanı çözmək üçün Sofi öyrənməli olduğu fəlsəfədən istifadə etməlidir, - lakin həqiqət onun təsəvvür etdiyindən də qəliz imiş."
Sofinin Dünyası
Sofinin DünyasıJostein Gaarder · Qanun Neşriyat · 201836,7bin okunma
·
59 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.