Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

432 syf.
·
Puan vermedi
·
7 günde okudu
M.F.Axundzadə yaradıcılığa şeirlə başlamış və bunu həyatının sonuna qədər davam etdirmişdir. Onun dramaturji yaradıcılığına qədər yazdığı şeirlərdən "Dövrandan şikayət" mənzuməsi, "Puşkinin ölümü haqqında Şərq poeması", iki təcnisi və bir neçə farsca kiçik mənzum parçaları məlumdur. Axundzadə daha çox dramaturgiya, hekayə, publisistika, ədəbi tənqid və fəlsəfə ilə məşğul olmuşdur. Onun nəzərində həyatdan kənar, xalq kütlələrinin mənafeyi ilə bağlı olmayan ədəbiyyatın heç bir qiyməti yoxdur. O, bir maarifçi kimi xalq kütlələrini hərəkətə gətirməkdə teatrın böyük tərbiyəvi rolunu aydın görürdü. Axundzadə komediyaya daha artıq əhəmiyyət verirdi. Tənqid onun nəzərində cəmiyyətin nöqsanları əleyhinə mübarizədə ən qüvvətli vasitə və silah idi. Axundzadə dramaturji yaradıcılığa "Hekayəti-Molla İbrahimxəlil kimyagər" komediyası ilə başlamışdır. Əsərin mövzusunu Tiflisdə qulluq edərkən şəxsən şahidi olduğu konkret hadisədən götürmüşdür. Bu əsərdə "zülmət səltənəti"ndə dinin nüfuzundan istifadə edən yalançı kimyagərlərin tipik surətini yaratmışdır. Axundzadənin ikinci komediyası "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah cadugüni-məşhur" əsəridir. Hər iki komediyanın mövzusu çox yaxındır. Dərviş Məstəli şah dinin və hər cür mövhum etiqadların avam mühitdəki nüfuzundan istifadə edərək cadugərliyi özünə peşə, gəlir mənbəyi edir. Əsərdə Axundzadə avamlar mühitində bir qığılcım kimi parlayan müsbət qəhrəmanını - Şahbaz bəy surətini və ilk qərbli surəti olan müsyö Jordanı yaradır. Dramaturqun üçüncü komediyası "Sərgüzəşti-vəziri-xani-Lənkəran"dır. O, çar senzurasının fikrini yayındırmaq məqsədilə təsvir olunan hadisələrin tarixini qəsdən əlli il dala atmışdır. Burada konkret tarixi hadisə və şəxsiyyətlər deyil, ümumiyyətlə, feodalizm dövrünün axmaq və yaltaq dövlət başçıları tənqid olunur "Hekayəti-xırs quldurbasan" komediyasının mövzusu, personajları oba əhlinin həyatından götürülmüşdür. Əsərin fabulası Bayramla Pərzadın eşq macərası üzərində qurulmuşdur. Mühit onların azad sevgisinə mane olur. Çünki Bayram kasıb, Pərzad isə dövlətli qızıdır "Sərgüzəşti-mərdi-xəsis" komediyasının baş mənfi qəhrəmanı Hacı Qaradır. Onun yeganə məqsədi pul yığmaq, varlanmaqdır. Ailə, qohum-qardaş, dost-aşna - hər şeyini pula qurban verir. Bu sevgi onda doğruluq, alicənablıq, məhəbbət, xeyirxahlıq və s. insani hissləri öldürür, onu ən rəzil və heysiyyətsiz insana çevirir. Heydər bəy isə işi-peşəsi olmayan, avara, lovğa bəylərin tipi olaraq verilmişdir "Mürafiə vəkillərinin hekayəti" komediyasında təsvir olunan hadisələr məhkəmə ətrafında cərəyan edir. Dramatik konflikt isə məhkəmədə baxılıb həll ediləcək 60 min tümənlik mirasla əlaqədardır. Əsərin mövzusu Tiflisdəki məhkəmələrdən götürülmüşdür. Əsəri senzuradan keçirmək üçün isə ədib hadisəni Təbrizə köçürmüşdür. 1857-ci ildə yazılmış "Aldanmış kəvakib" ədəbiyyatımızdakı ilk povestdir. Əsərdə şah mütləqiyyəti tənqid olunur. Süjet İsgəndər bəy Münşinin "Tarixi-aləmarayi-Abbasi" əsərində təsvir olunan əhvalatdan götürülmüşdür. Əsərin məzmunu iki hissədən ibadətdir: birinci hissə I Şah Abbas və vəzirlərinin əhvaları, II hissə isə Yusif şahın əhvalatından bəhs edir. Axundzadə povestdə Nəsrəddin şah hökumətini tənqid etməklə bərabər, üstüörtülü şəkildə çar mütləqiyyətini də tənqid etmişdir Bu kitabın içində sənətkarın bütün dram əsərləri, Kəmalüddövlə məktubları, məqalələri və şeirləri yer almışdır. Əslində, bu əsərlərin hər biri haqqında geniş şəkildə rəy yazmaq olardı. Lakin bir kitabın içində oxuduğum üçün ədəbiyyat kitabımdan yararlanaraq hər biri haqqında qısa və ümumi məlumatları qeyd etdim
Aldanmış Kəvakib - Seçilmiş əsərləri
Aldanmış Kəvakib - Seçilmiş əsərləriMirza Fetali Ahundov · Kitab Klubu · 2016261 okunma
·
54 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.