Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

192 syf.
10/10 puan verdi
·
Beğendi
"Karvanların, qəriblərin, səyyahların, burada öz suallarına cavab axtaranların coğrafiyasıdır İran. Nə farsdır, nə türkdür, nə bəlucdur, nə bəxtiyardır, nə şahsevəndir, nə qaşqaydır. Bu coğrafiya onların hamısınındır. Sevgi ilə gəlib sevgi ilə hamısını qəbullanmaq lazımdır" Tövsiyəm, kitabı oxuyarkən siyasəti kənara qoyun. İradə xanım tarixçidi, kitabının girişində bu cümlə yer alıb: "Dünyada iki İran var - biri dünyaya tanıdılan, biri isə gerçəkdə olan İran". Biz onunla səyahətə çıxırıq. Bölgəni, əhalini, mədəniyyəti, incəsənəti kəşf edirik Keçmiş dövrlərdən bu günə qədər neçə-neçə dövlətin paytaxtı olmuş Təbrizin tarixi, mədəniyyəti elə gözəl təsvir edilir ki. Təbrizlilərin bir deyimi var: "Təbrizi iki şey dağıtdı - biri zəlzələ, biri də Pəhləvilər". Məşhəd "müqəddəs şəxsin şəhid olduğu yer" mənasını verir. Bura sevgi şəhəridi. Dilləri, irqləri fərqli olan insanların eyni duyğuları yaşadığı şəhər. Bu bölgə tarixlə, incəsənətlə doludur Nişapur tarix sevənlər üçün özəldi. Yol boyunca uzanan Şah Abbasın karvansaraları.. Kaşan şəhəri gül şəhəri, tarixi evlərin şəhəri adlansa, yeri var. Abyane isə İranın Mərakeşi adlanır. Qırmızı kərpicdən tikilmiş evləri insanın diqqətini cəlb edir İsfahan - Səfəvilərin paytaxtı olmuş bu şəhər tarixi abidələrlə zəngindir. Səlcuqluların memarlığı burada göz oxşayır Tehran səs-küylə dolu olsa da, İradə xanım oranın da gözəlliyiklərini üzə çıxarıb Qum şəhəri İranın ikinci dini şəhəridi. Burada İmam Rzanın (ə) bacısı Məsumə (ə) xanım dəfn edilib. Onun hərəmi və Cəmkəran məscidi ən çox ziyarət olunan yerlərdəndir Müəllif burada qadın haqlarını da vurğulayıb: "Hər kəs heç də bədbəxt deyildi. Burada qadınlar azad da ola bilir, danışıb gülə də bilir. Hətta öz hüquqlarını bizdən daha yaxşı bilir və bizdən daha rəngli, daha zövqlü geyinə bilir" Başqa bir səyahətçi doktorantura oxuyanların çoxunun qadın olduğunu, universitetdə "Türk dili və ədəbiyyatı" fakültəsi olduğunu qeyd etmişdi. Ailədə və cəmiyyətdə qadına böyük hörmət var
Əfşan
Əfşanİradə Qədirova · Qanun Nəşriyyatı · 20227 okunma
·
19 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.