Gönderi

160 syf.
3/10 puan verdi
·
3 günde okudu
Əsgərlər vurulanda yox, unudulanda ölürlər.
(Spoiler var) Arif Əliyevin bu əsəri 20-ci əsrdə 11-ci Qırmızı Orduya qarşı vuruşmuş Yalama müdafiəçilərinin qəhrəmanlığından bəhs edir. Bununla belə AXC dövründə baş verən siyasi prosesləri, o dövrün böyük adamları, xüsusilə də, Xoyski, Hacınski, Mehmandarov, Əliağa Şıxlinski kimi dövlətin siyasi prosesində mühüm rolu olan insanların həyatı bədii dillə anlatılır. Bu da, bir qədər onları yaxından tanımağımıza kömək edir. Biz hadisələrin xronologiyasını 4-cü Quba alayının bölük komandiri Ağaəli Babazadənin gözündən izləyirik. Lakin yazar bəzi məqamlarda bu qaydanı pozur. Xüsusilə də, mənim yadımdadır, Stalinlə olan səhnələr, daha sonar Atatürkün Azərbaycanla, Sovet hökuməti ilə bağlı fikirlərini söylədiyi səhnələr. Əsərin mənə görə müsbət cəhətləri bunlardan ibarətdir: 1. Sevgini saf şəkildə anlatması Nərgizlə Ağaəli olan səhnələrə yazar həddindən artıq məsumluq qatmışdı və bu mənim çox xoşuma gəlmişdi. Sonda Nərgizin qəfildən çönüb Ağaəlinin dodağından öpməsi və ona “Mən səni sevirəm” deməyi səhnəsi əslində bir çox şeyi deyir mənə görə. ( həmin vaxt Ağaəli bunu eşidəndə etiraz etmişdi, amma əminəm ki, xoşuna da, gəlmişdi). AXC dövründə insanlar şərq mədəniyyətdən yavaş-yavaş çıxmağa və qərb mədəniyyətinə doğru addımlamağa başlayırdılar. Burada da, buna eyham vurulur. Hətta orada Ağaəli etiraz edərkən oxuduğu kitabların ona təsir etdiyini deyir. Belə ki, artıq 20-ci əsrin əvvəllərindən qadınlar üçün məktəb açılmağa başlamışdı. Bu isə insanların düşüncəsinə tamamilə təsir edirdi. 2. Azərbaycan döyüşçülərinin həm də, ümidsiz vəziyyətini göstərməsi Bilirik ki, əksər vətənpərlik haqqında yazılmış kitablarda azərbaycanlı döyüşçülər çox şişirdilir, onları insanüstü varlıqlar kimi göstərirlər. lakin bu əsərdə azərbaycanlı döyüşçülərimizin də, çətin vəziyyətlərdə ümidsiz vəziyyətə düşə biləcəkləri çox bariz bir şəkildə göstərilir. Bu isə reallıqdır. Digər halı nümayiş etdirən əsərlər mənə səmimi gəlmir. 3. Əvvəl pis tanınan bir xarakterin sonda qəlblərdə yer tutması Söhbət Qasım xarakterindən gedir. Onun haqqında əsərdə az danışılsa da, mənə ən çox təsir edən xarakter o oldu. Yazar əvvəlcə bizə onu dəcəl, insanlara zülm edən, paxıl bir insan kimi göstərir. Mən də, əslində düşünürdüm ki, o satqınlıq edəcək, təhlükəli bir insane çevriləcək, lakin elə olmur. Qasım böyük bir fədakarlıq göstərir. Əsərin mənfi cəhətləri: 1. Xarakterlər haqqında məlumatın azlığı Xarakterlər haqqında demək olar ki, məlumat yoxdur. Biz onları tam tanıya bilmirik, onların yerinə özümüzü tam şəkildə qoya bilirik. əsgərlər haqqında sadəcə ümumi məlumatlar var. 2. Tarixi məsələlərə daha çox önəm verilməsi Təbii ki, bu yazarın öz tərcihidir, lakin mən bir oxuyucu kimi o dövrü təsvir edən bir romanı daha çox sevərdim, nəinki sənədli povest. Çünki o dövrün insanları, o dövrün məişət məsələləri, ailələri daha çox maraqlı gəlir. Tarixini onsuz dərsliklərdən oxuyuruq. Nəticə: Tarixi əsər oxumaq istəsəm nə vaxtsa, həvəslə bu kitabı oxuyaram, amma roman oxumaq istəsəm ki, (indi roman oxumaq daha maraqlı gəlir mənə) Ali və Nino kitabını oxumağı daha üstün tutaram.
Yalama
YalamaArif Aliyev · Altun Kitab Nəşriyyatı · 201735 okunma
·
134 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.