Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

328 syf.
·
Puan vermedi
Sevil Balaş: Sevil, sən hara gedirsən? Sevil: Sosializmə, fabrikə! Mən oradan gəlmişəm, oraya da gedirəm. Qadınların azadlıq yolu ancaq oradadır! Almaz Bəli, özümü təqsirli bilirəm, çünki mən bu invalid çuxası geymiş qolçomaq hacı əhmədlərə, şəriflərə, mirzə səməndərlərə qarşı mübarizəyə ancaq Kommunist Partiyasının rəhbərliyi ilə və yoxsul kəndliləri təşkil etmək yolu ilə iş görülə biləcəyini yaxşı düşünməmişdim. Mən tək başıma mübarizə aparmışdım. Mən başa düşməmişdim ki, bu mübarizəni ancaq mən aparmıram, fəhlə sinfi partiyanın rəhbərliyi altında aparır. Mən səhvlərimi boynuma alıram. Ancaq bu səhvlərim düşmənlərimi sevindirməsin. Mübarizə davam edir! Səhvlər mənə çox şey öyrətdi. 1905-ci ildə Köhnə dünya dağılmağa, yeni dünya qurulmağa başladı.Köhnə məzarlığı sökür, yerində mədəniyyət bağçası tikirdilər. Baxşı da orada idi. O, Sonanın baş sümüyünə baxır və düşünürdü. Ala gözlərinin yeri birər qara uçurum idi. Al dodaqlarından əsər belə qalmamışdı. Sonanın yalnız inci dişləri qalmışdı. Sona, sanki gülürdü, nəyə gülürdü, Sona? O, çar jandarmlarının və burjuaziya hakimiyyətinin qanlı siyasətinə gülürdü. O, incilin və Quranın həqiqətlərinə, o, burjuaziya milli namusunun məntiqinə gülürdü. Ver əlini, Sona, ver əlini, Baxşı! Qoy keçmişin qanlı tarixi bu köhnə məzarlıqda əbədilik gömülsün. Qoy yeni qardaşlıq dünyasının qırılmaz qolları sizin əllərinizi, iki qardaş kütlənin birləşmiş həyatı kimi, əbədilik birləşdirsin... Yaşar Toğrul: Hə, yoldaş Niyaz, necə görürsən bu işləri? Niyaz: Məni də o köpək oğlu yoldan çıxarmışdı. Yaxşı, köpək oğlu, gələrsən, evdə danışarıq! Toğrul: Sağ ol, yoldaş Yaqut. Yaşar: Sağ ol, Yaqut. Mən səni bu qədər qoçaq bilməzdim. Əmirqulu: Ağız, Şərabanı, dahı biz neçin qalmışıq. Gəl barışaq da. Ancaq o xəmir-tabağa yoxam. Belokurov: Daha qorxma, Yaşar. Sal işə stansiyanı. Pambıq olacaqdır. Dönüş Qüdrət: Artıq mən kütlədən ayrı bir vücud deyiləm.Kütlənin vuran bir qoluyam...Yoldaşlar! Mən bu gündən sizinlə addım-addıma gedən və quruluş cəbhəsində qələmlə yarışan bir əsgərəm... əlbir vuruşmaq, əlbir sökmək və tikmək! Daşdəmir: Yarışın şərti: repertuar və quruluşu keyfiyyətcə yaxşılaşdırmaqdır. Qüdrət: Mən hazıram! Gülsabah: Mən də hazıram! Gülər: Mən də hazıram! Turac: Mən də hazıram! Aktyorlar: Biz hamımız hazırıq! Gülsabah: İşçilər, əməkçilər, gənclər! Biz səhnəmizi yüksəltmək üçün qəti vuruşa başlayırıq. Bizə kömək etmək sizin borcunuzdur. Salon: Biz hazırıq.
Əsərləri - I cild
Əsərləri - I cildCafer Cabbarlı · Şərq-Qərb · 2005118 okunma
·
72 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.