Gönderi

240 syf.
·
Puan vermedi
·
22 saatte okudu
Hər kəsə Salamlar Sizə çox bəyəndiyim, tez oxunabiləcək, bol alıntıları içində cəmləyən, dərin mənalı və real hadisələr üzərinə yazılmış dəyərli kitab təqdim edirəm. Viktor F. Psixologiya tarixində loqoterapiyanın banisi kimi tanınan avstriyalı psixiatrdır. O 1942- ci ildə nasistlər tərəfindən əsir götürülərək ölüm düşərgəsinə göndərilir. Bu kitabı azad olduqdan sonra qələmə alır. O konslagerdə olan təəssuratlarını insanlara çatdırmağa çalışır. O həmçinin əsrlikdən qabaq intihar əleyhinə uğurlu proqram təsis etmişdi. O zamanlar Almaniyanın kolleclərində tələbələr aşağı imtahan qiymətlərinə görə intihara cəhd edirdilər. Frankl bildirir ki, intihar mənasızlığın ən yüksək həddidir, o, heç vaxt problemi həll etmir və yaxud hayatın qarşımıza çıxardığı suala cavab vermir; tələbələr aşağı qiymətlərə həyatlarını fəlakətə sürükləyən bir kabus kimi deyil, əksinə, onları çalışqanlığa, irəliləyişə, həyat uğrunda mübarizəyə səsləyən bir amil kimi baxmalıdırlar. Mənbələrdən aydin olur ki, Franklın proqramı fəaliyyətinin ilk ilində intihar cəhdlərinin sayını sifira endirmişdi. Həyata "hə" demək.. Bunlar Viktor Franklin əsir olduğu dörd həbs düşərgəsində, o cümlədən məşum Buhenvaldda dustaqların piçiltı ilə oxuduqları bir mahnının sözləridir. Həmin mahnının çox qəribə əhvalatı var. 1937-ci ildə siyasi dustaqların saxlanılması üçün tikilmiş Buhenvaldin ilk rəislərindən biri düşərgə üçün mahnı bəstələnməsinə əmr verir. Ağır əmək və qida çatişmazlığından əziyyət çəkən dustaqlar mahnını təkrar-təkrar oxumağa məcbur edilirdilər. Düşərgədən sağ çıxmış şəxslərdən biri deyir ki, onlar "bütün nifrətləri"ni mahnıya axıdırdilar. Lakin bəziləri üçün mahnının sözləri, xüsusən də aşağıdakı sətirlər ümid ifadə edirdi: Gələcəkdə bizi nə gözləyirsə gözləsin, Həyata "hə" deməyi bacaraq! Çünki o gün gələcək, Biz azad olacağıq! Frankl bizdən soruşur ki, ogər Buhenvaldın isgəncələrə məruz qalan, acından ölən dustaqları bitib- tükənməyən iztirablarına rəğmən bu sətirlərdə ümid axtara bilirdilərsə, niyə biz onlardan çox-çox rahat və yaxşı yaşadığımız halda, həyata "hə" deməyək?!
Həyata HƏ Demək
Həyata HƏ DeməkViktor E. Frankl · Qanun Nəşriyyatı · 201942 okunma
·
64 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.