Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

307 syf.
·
Puan vermedi
·
Beğendi
·
1 saatte okudu
İbadətlərin həm zahiri, həm də batini tərəfi vardır. Biz çox vaxt zahirə baxırıq, batini görə bilmirik. İbadətlərin batini isə insanların batini ilə əlaqədardır İmam Sadiqin (ə) və İmam Baqirin (ə) şagirdlərindən olan Əbu Bəsir nəql edir: "Mömin bəndə dünyadan getdikdə, onunla birlikdə qəbrə (bərzəxə) altı nurani surət daxil olar. Bu altı surət onu altı cəhətdən bütün bəlalardan qoruyar. Həmin altı surətdən insanın sağ tərəfində duran deyər: "Mən namazam". Namazın batini dedikdə, qəbirdə insanın sağ tərəfindəki nurani surət nəzərdə tutulur. İnsanın sol tərəfində duran isə deyər: "Mən zəkatam" Zəkat təkcə mala aid deyil. İnsan ona verilən bütün ilahi nemətlərin zəkatını verməlidir. Rəvayərlərdə deyilir: "Elmin zəkatı onu bilməyənə öyrətməkdir", "Gözəlliyin zəkatı iffətli olmaqdır", "Şücaətin zəkatı Allah yolunda cihad etməkdir" Mömin bəndənin qarşısında durub "mən orucam" deyən surət, Allahın razılığı üçün tutulan orucun surəti olar və qəbirdə nuraniyyəti ilə cilvələnər. Möminin arxasında duran və onu himayə edən surət isə həcc və ümrədir. Həcc mərasimində İmam Səccad (ə) Ərafat səhrasında bir şəxsə buyurdu: "Hacıların sayı barədə təxminin nə qədərdir?" O şəxs çox sayda olduqlarını dedi. Həm də əlavə etdi ki, bu insanlar öz sərvətlərindən keçib və nalə edərək Allahı çağırırlar. İmam (ə) buyurdu: "Ah-nalə çox olsa da, hacı azdır" O şəxs: "Bunların hamısı hacıdır. Məgər bu azdır? "İmam (ə) ona insanların batinini göstərdi. Şəxs gördü ki, Ərafat çölü donuz və keçilərlə doludur. Onların arasında cəmi bir neçə insan görünür. Möminin ayağının altındakı nur deyər: "Mən sənin möminlərə rəva bildiyin, başqalarına yetirdiyin yaxşılıqlaram. Sonra möminin başının üstündəki başının üstündəki nurdan soruşarlar: "Sən kimsən? Bizim hamımızdan nurlusan". O deyər: "Mən Peyğəmbər (s) və Əhli-Beytinin vilayətiyəm" Peyğəmbər (s) və Əhli-Beytə məhəbbət bu surətdə cilvələnər. Onlara tabe olmaq bərzəxdə bu surətdə hamıdan nurlu olar, möminin başı üstə parlayar. İnsan sadəcə zahirdə deyil, qəlbdə teşnə olsa, onlarla birgə məhşərə gələr
İbadətlərin Hikməti
İbadətlərin HikmətiAbdullah Cevadi Amuli · Bakı, Mirasnəşr · 201310 okunma
·
14 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.