·372 syf.··Beğendi
···Okunma: 24 Ekim 2023 00:00 Uzun zamandır kitab oxuya bilmirdim, daha sonra isə əvvəlki kimi həvəslə kitaba odaklanıb oxuya bilmirdim. Artıq bir kitab qurdu olmadığımı düşünüb üzülürdüm amma elə deyilmiş mən yenə də həmin kitab qurduyam. Bu il həyatımda ən az kitab oxuduğum il olduğunu görəndə tamamilə təəccübləndim bu belə getməz, il bitməmiş daha çox kitab oxumalıyam deyib yenə daldım kitablarla dolu o möhtəşəm dünyama. Oxuduqca yenidən əvvəlki həvəsimi geri qazandım. İnşAllah belə də davam edər... İndi isə keçək kitaba)
Corc Oruell hər nə qədər qələmini sevdiyim bir yazar olsa da, ətrafımda kitab sevər hər kəs 1984 kitabını mütləq oxumalısan desə də niyəsə bu kitabı çox siyasi, tarixlə bağlı hesab edirdim, düşünürdüm ki sıxılaram. Düzü başlarda və siyasətlə bağlı bir çox yerində mənə çətin gəlmişdi kitab ama Uinstonun həyat hekayəsini, o dövrlərdə insanların yaşadıqları çətinlikləri, ədalətsizlikləri oxuduqca çox üzülmüşdüm. Sonlara doğru daha çox üzmüşdü kitab məni. Ən çox da kitabda Hakimiyyət nə desə o mütləq elə olmalıdır, yalan da olsa elə qəbul olunmalıdır fikrini vurğulayırdı. Məsələn, 2+2 bəzəm 5, bəzənsə hakimiyyət neçə istəsə o qədər edə bilərmiş. Təəssüf edirəm ki belə baxanda vəziyyət bir az yumşalsa da yenə də demək olar bu fikir olduğu kimi qalıb.
Məncə Corc Oruellin hər kitabı kimi bu kitab da hər kəsin kitablığında olmalı, hər kəs oxumalıdı. Oxuduğunuz zaman əsərin başlarında çox sıxılsanız belə davam edin çünki artıq hekayə ilərlədikcə maraqlı gəlir oxuyucuya. Məncə şans verin deyirəm.
Bəzən düşünürəm ki Corc Oruell bu qədər qısa olan həyatında belə gözəl əsərlər yazıbsa bir az daha çox yaşasaydı kim bilir daha nələr nələr yazardı...
Özünüzə yaxşı baxın kitabla qalın♡