Beyza Alkoçun oxuduğum ilk romanı "Kalp Muhafızı" olmuşdu. Ondan qabaq heç bir əsərini oxumamışdım. "Kalp Muhafızı" da təsadüfən qabağıma çıxmışdı. Kitabın adı və üz qabığı məni çox cəlb etdi və yaxşı ki, aldım və oxudum. İlk roman heç gözləmədiyim sonluqla bitdi və romanın sonunda Hazara çooox əsəbiləşdim. "Bir insan sevdiyinə bunu necə edə bilər?" deyə düşünürdüm. Vəə səbirsizliklə ikinci kitabı gözləyirdim. İkinci roman satışa çıxan kimi aldım. Əsərdə yenə heç gözləmədiyim səhnələrlə qarşılaşdım. Əslində Hazarın etdiyi hərəkət Saranı qorumaq üçünmüş. Saranın atasının Hazara yazdığı məktubu oxuması və gerçəkləri bilməsi ən sevdiyim səhnələrdən biridir deyə bilərəm. Əsərin sonunda Verayla Atlasın birlikdə olmasını gözləyərkən Atlasla Maya birlikdə oldu. Bu da heç gözləmədiyim bir şey idi. Amma yenə də mükəmml əsər idi. Tam sevdiyim tərzdə yazılmış romandır. Krallıqlar dönəminə aid mükəmməl əsərr