Gönderi

İnsan...
Əlvida deməyi nə qədər sevmədiyim bəlli... İnsanların məni heç anlamadığı bir dönəmdəyəm , və bu dönəm saat əqrəbi kimi dönür , günlər - günləri əvəz edir. İnsanlar isə 24 saatın hər dəqiqəsin də , hətta hər saniyəsin də sanki yox olurlar. Axı "insan" bu varlıq yox olmağa məhkum... Bəlkə də , elə idi. Sadəcə yenə mən hər şey üçün tələsirdim. Nə bilmək olar bəlkə də , mən o 24 saatın içində olmayacaqdım. Günlər keçdikcə yaşlandığımı hiss edirəm , zahirən deyil , daxilən. Bu qədər yaşlı hiss etmək , məncə çox tez idi. Axı ruhu hələ də uşaq qalan birinin düşüncələri necə bu qədər tez bir şəkildə yaşlana bilərdi ki ? Özüm də Nənəmi görürəm , hər şeyə deyinməsəm də , hər şeydən tez yoruluram , hətta insanlardan da. Sadəlövh olmayacam , amma həyat çətindir. Hələ ki , mənim kimi hər şeyi çox düşünürsünüzsə , keçmiş olsun həyat heç baxmadan sizə meydan oxuyacaq. Bəlkə də insanlar... Bəlkə də bu yazdığım cümlə çox absurd səslənəcək amma mənim dərdim Allah ilə deyil , yaxudda dünya ilə , dərdim yalnız insanlar... Öz varlıqlarını unutmuş insanlar ilə , sadəcə "Mən" deyə yaşayanlar ilə , az bilib çox danışanlar ilə , hər kəsə yalançı gözündə baxanlar ilə , özünü sübut etmək üçün dəridən-qabıqdan çıxanlar ilə... Onlar başa düşmək istəmirdilər - cəmiyyət bir burulğan və bu axın da heç bir zaman sən "Sən" ola bilməyəcəksən. İnsan özünü axtarmağa başladığı yerdə insandır. Bəlkə də insanlığı formalaşdıran da , sadəcə bizim bu landser düşüncələrimiz. Mən bu həyatda insanlığı yalnız iki şəxs də gördüm. Mənə bu düşüncələri aşılayan , bu fikirlərlə yaşamağa məhkum edən insanlar da... Heç vaxt özüm ola bilmədim , bəlkə də özüm olmağım üçün , çox şey lazım idi. Müəyyən bir statusa malik olmaq və yaxud da , statusa malik olan cəmiyyət. Mən də heç biri olmadı , axı mən də sizin kimi idim... İnsanlığı yalnızca statusa görə qiymətləndirmək necə də insanlıqdan kənar bir davranış idi. Davranışları mı formalaşdırmağa başladığım zamanlar da , bir şeylərin hələ də mənə əskik olduğunu anladım. Bunu yansıtmamaq üçün çalışdım , bəzən hər şeyi üstələyə bilirdim , bəzən isə sadəcə Əlvida deyirdim...
·
74 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.