Gönderi

Ramiz Rövşən
Böyüyüb bu körpə ilan balası, gah o başa, gah bu başa sürünür. Sevinir udduğu havaya, suya, Torpağa sevinir,daşa sevinir. Bir sevgi həvəsi dolur canına, Gecələr gözünün itir yuxusu. Çiçəyin qoxusu, otun qoxusu, Küləyin nəfəsi dolur canına. Özündən xəbərsiz, səssiz-səmirsiz Zəhərə çevrilir canında hər şey. Bu ilan balası bir vaxt Canında gizlənən zəhərdən xəbər tutacaq. Bəlkə qarğıyacaq baxtını onda, Bəlkə boğazını qəhər tutacaq. Ağlama, ağlama, ilan balası, Baxtını qarğıma, ilan balası! Bu da bir ömürdü, dözəsən gərək, Beləymiş taleyin əmri, buyruğu; Döşünün altında sevən bir ürək, Dişinin altında zəhər tuluğu. Görənlər çığırar: - İlan var, ilan!.. Qovduqca qovarlar səni dünyada. Hər yandan kəsilər yolun-yolağın, Tək bircə yol qalar sənə dünyada; Başından quyruğunacan, Zəhərli dişindən Quyruğunacan Tək bircə yol qalar, - o yol özünsən, Özün öz yolunsan, ilan balası. Hara qaçacaqsan göz qabağından, Bu zalım dünyaya neyləyəcəksən? Yüz yol çıxacaqsan öz qabığından, Özündən ayrıla bilməyəcəksən. Öyrən, yavaş-yavaş özünə öyrən, Dünyanın hər cürə üzünə öyrən. Barış canındakı zəhərli dərdlə, iyrənmə özündən, ilan balası. Bəlkə də, ən acı həqiqət elə sənsən yer üzündə, ilan balası. Sənsən haqqın yolu bu yer üzündə, tanrı özü seçib bu yolu bəlkə. Yüz cür sifətiylə, yüz cür üzüylə dünya səndən keçib durulur bəlkə.
Sayfa 37 - Xan nəşriyyatıKitabı okudu
·
2 plus 1
·
137 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.