Gönderi

10/10
·240 syf.··
2023 23. kitabı
Kitabın axıcılığına söz ola bilməz. Mövzusu da fərqli və maraqlıdır. Əsər bunun üstündə qurulub: yazıçı xanım Oliver bir cinayət hekayəsi yazır, bu hekayə festivalda oyun kimi istifadə olunur və əsərdəki qurban rolunu oynayan qız, doğrudan da, öldürülür. Yazıçı qadın obrazı Agatha Cristienin özünün prototipidir. Son 20-30 səhifə xüsusilə həyəcanlı idi. Kitab özü yorucu deyil, amma cinayətin çözüldüyü son hissə bir az şok effekti yaratdı: gözlənilməz sonluq, ağlasığmaz cinayət motivi. Agatha Cristie zəkasına hər dəfə bir az da heyran oluram. Sırf zövq almaq və vaxtını maraqlı keçirmək üçün əla seçimdir.
Ölünün MalikanəsiAgatha Christie · QANUN NƏŞRİYYATI · 20211,408 okunma
·
36 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.