Gönderi

600 syf.
10/10 puan verdi
·
Read in 10 days
Xoş oxumalar!
Ensiklopediyanı oxumağı hər kəsə tövsiyə edirəm. Kitabı oxuyandan sonra İmama (ə) qarşı xüsusi simpatiyam daha da artdı. Əlbəttə, İmamı layiqli ifadə edə bilməsəm də incələmə yazmaq istədim və ümidvaram naqis də olsa, oxucular da kitaba qarşı maraq yaradacaq. Əli ibn Əbu Talib (ə) Fil ilindən otuz il sonra (miladi 600), rəcəb ayının on üçü Kəbə evində dünyaya göz açmışdır. Hicri 35-ci ildə xəlifə seçilmişdir və xəlifəlik müddəti qısa da olsa ibrətlərlə doludur. İmam (ə) hicri 40-cı ildə şəhid edilmişdir. Həzrət ziddiyyətlər toplusu kimi tanınır. O, imanda, elmdə, əxlaqda, comərdlikdə, şücaətdə, mehribanlıqda taysız bir şəxsiyyət olub. Döyüş meydanında həddən ziyadə cəsarətli, lakin yetimin gözlərini yaşlı görəndə, yaxud həyatının çətinlikləri nəticəsində beli bükülmüş birində baxanda qəlbi tirtəyər, gözlərindən yaş axarmış… Döyüş meydanında atdan istifadə etməzmiş. İmam Sadiq (ə) buyurub: Əmirəl-mömininə dedilər: “Nə üçün dəyərli və çevik at almırsan?” Buyurdu: “Çünki buna ehtiyacım yoxdur. Çünki mənə hücum edənin qarşısından qaçmıram və mənim qarşımdan qaçanı da təqib etmirəm”. İmam (ə) yüksək elmli şəxs olub və elmini Peyğəmbər (s) məktəbindən almışdı. Peyğəmbər (s) buyurub: “Mən elmin şəhəri, Əli də onun qapısıdır. Elm istəyən kəs bu qapıdan daxil olmalıdır”. ƏDALƏT, ƏDALƏT ƏLİNİN (Ə) HƏYATININ AYRILMAZ HİSSƏSİ İDİ. İmam Baqir (ə) Əli ibn Əbu Talibin vəsfində belə buyurub: “İki Sunbulan köynəyi alar və onların ən yaxşısını seçmək ixtiyarını quluna verər, özü isə o birini geyinərdi”. İmam Əli (ə) beyətinin ikinci günündə minbərə çıxdı və buyurdu: “… Bilin! Məbada mən sizdən dünya ləzzətlərinə qərq olan, bostanlar alıb çaylar axıdan, çevik atlara minən, olduqca gözəl kənizlər alan və bunların onun üçün rüsvayçılıq və xarlığa çevrildiyi şəxsləri həmin şeylərdən məhrum edəndə və onlar özlərinin də bildikləri yerlərinə qaytarılanda mənə irad tutarlar, inkar edərlər və: “Əbu Talibin oğlu bizi haqqımızdan məhrum etdi” deyərlər. Allahın istəyi ilə sabah səhər yanımıza gəlin, yanımızda olan sərvəti aranızda bölək. Azad müsəlman olan hər bir kəs - istər ərəb olsun istər əcəm, istər varlı olsun, istərsə də kasıb - gəlməkdən üz döndərməsin. (İbn Əbilhədid deyir) ustadımız Əbu Cəfər belə deyirdi: “Bu, onun bəzilərinin xoşuna gəlməyən, qəlblərində kin yaradan ilk sözü idi. Onlar sərvətin bərabər bölünməsini bəyənmədilər… Və İmama qarşı müharibələr etdilər. Beytulmalı müsəlmanlar arasında bərabər böldü və bu məsələ də qohum-əqrabanı belə önə keçirmədi. Nəql edirlər qardaşı Əqil ibn Əbu Talib aylıq məvacibini artırmaq üçün İmamı evinə dəvət edir və deyir beytül-maldan aldığım məvacib xərclərimi ödəmir, xahiş edirəm mənə daha artıq məvacib verəsən. Həzrət dəmir parçasını odda qızdırıb Əqilə tərəf uzadır Əqil elə düşünür ki, (Əqilin gözləri zəif görürdü) həzrət ona pul vermək istəyir. Razılıqla pulu almaq üçün əlini uzadanda əli qızmış dəmirə dəyir və Əqil əlini geri çəkir. O dedi: “Qardaş nə edirsən?! Məni yandırmaq istəyirsən?!” Həzrət buyurdu: “Sən insanın yaratdığı oddan qorxursan. Bəs mən necə cəhənnəm odundan qorxmayım, nalə çəkməyim?! Sən dünya oduna dözə bilmirsən, necə razılaşırsan ki, qardaşın cəhənnəm odunda yansın?! Beytül-maldan istifadədə səninlə başqası arasında fərq yoxdur.” Həyatında bir an belə olsun ədalətdən, düzgünlükdən dönmədi və heç nə, heç kim əzmkarlığını qıra bilmədi. İnsanlar Əlinin (ə) ədalətinə dözə bilmədilər. Bərabər hüquqlu olmaq bəzi insanlara yaramırdı… Corc Cordaq adlı xristian yazıçı 5 cildlik “İnsan ədalətinin səsi” adlı kitabında yazır: “Onu yüksək ədalətinə görə öldürdülər” Əli ibn Əbu Talib tarixdə yeganə rəhbərdir ki, zülmün yox, ədalətin çoxluğuna görə öldürüldü. İmam Əli (ə) sübh namazı vaxtı səcdədə olarkən ibn Mülcəm tərəfindən zərbətlənib. Həzrət alicənab şəxs olub. Əsirə qarşı mərhəmətlə rəftar edərmiş, döyüş meydanından qaçan şəxsi təqib etməzmiş və həddən ziyadə səbirli olub. Allaha xatir qəzəblənər və Allaha xatir mərhəmət edərmiş… O, qatili haqda deyir: “Ona yemək və su aparın. Əgər mən ölsəm ona sadəcə bir qılınc zərbəsi vurun, əgər sağ qalsam özüm qərar verəcəm”. Düşünürəm ki, İmamın (ə) həyatını nə qədər mütailə etsək yenə də az olar. Allahın salamı Əli ibn Əbu Talibin (ə) üzərinə olsun.
Həzrət Əli İbn Əbu Talibin (ə) Ensiklopediyası
Həzrət Əli İbn Əbu Talibin (ə) EnsiklopediyasıMuhammed Reyşehri · Bakı, Nurlar Nəşriyyatı-Poliqrafiya Mərkəzi · 20137 okunma
·
4 plus 1
·
306 views
Hüseyn Abdulzadə okurunun profil resmi
İmam Əli(ə) filmini (23 seriya) izləməyənizi tövsiyyə edirəm.Hər nə qədər çəkiliş keyfiyyəti zəif olsa da həmin dövrdə gedən siyasi prosesləri obyektiv şəkildə əks etdiriblər. Mənim fikrimcə İmamət və Peyğəmbərliyi indiyə qədər bizə düzgün təbliğ etməyiblər.Bizə İmam və Peyğəmbərləri sadəcə din adamı kimi tanıtdırıblar(ən azından mənim ətrafımda belə olub).Bu mövzuya daha geniş müstəvidən baxıb araşdırmaq lazımdır.
Zəhra Hadıyeva okurunun profil resmi
Tövsiyəniz üçün minnətdaram. Haqlısınız qatılıram. Sadəcə din adamı kimi tanıtdırılıb, amma İslamın böyük müdafiəçilərinin həyatdakı rolu, ibrət olacaq yaşam tərzi haqqında məlumatlandırılmamışıq. Əslində İmam Əlinin (ə) xəlifəlik dövrü, İmam Hüseynin (ə) aşurası ayrılıqda bir məktəbdir.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.