Şəhanə nənənin dediyi kimi “səhradakı iki damcı suyum”,bir vaxt gələcək damcılar olmayacaq,su olacaq.Ya da müharibə reallığı ilə desək,”Bir gün ancaq qan olacaq”.
Əslində,kitabın əvvəlindəki bu cümlələr bizdə müəyyən bir zəmin yaratmaq istəyir.”Səhradakı iki damcı suyum”nə deməkdir?Səhrada susundan yanan insana iki damcı su bir dünya kimi gəlir.Müəllif də sanki bizə o iki damcı suyun dünyasını açıqlayır. Sənin susuzluğun yatsın deyə,o iki damcı su özünü fəda etməlidir,hə?Bəs heç düşündünmü ki,o iki damcı su bir-birindən ayrılmaq istəyirmi?Hansısa səbəbləri olmalıdı ki,fəda olunmasın?O iki damcı su hardan bilə bilər ki,susuzluğunu az da olsa,yatızdırdığı insan,bəlkə,başqalarını suya möhtac qoyacaq?
Əsəri oxumamışdan öncə əsər niyə görə portağal bağı adlansın ki,deyə düşünürdüm.Əsəri bitirəndən sonra isə mənə aydın oldu.
Əsərdə sanki portağal bağı təhlükəsiz yer kimi idi.Sanki bura bomba atılmayacaqdı..
Zahid valideynlərini də orda dəfn etdi,Tamara ilə “kimi qurban verəcəyik”məsələsi açılanda onun sualına cavab tapa bilməyəndə də belibükük portağal bağına getdi.Sülayed uşaqları birinci dəfə aparanda da Zahid bağa gedib,gözdən itmişdi.
Uşaqların vadidən çıxıb,kəndi seyr edəndə uzaqdan yaşıl nöqtə kimi görünən portağal bağına baxanda ürəyləri şiddətlə döyünürdü.”İki su damcısı” bir-birləri ilə “özünü partlatma”oyununu oynayanda da orda idilər.
Ana dərdini ayla danışanda da orda otururdu.Necə ki,dərdli şəkildə zümzümə edəndə:
“Bir gün nura dönəcəyik,
Açıq gözlərə köçəcəyik.
Amma bu gecə ,balam yum gözlərini…”
Tamara Sülayed üçün Zahidə iki səbət portağal yığmamağa kömək etməməsi də sanki gələcəkdəki hadisələrə nişan idi.İstəmirəm,güvənmirəm,balamın gözünün yumulmağını istəmirəm.
Haqqında yazmaq istədiyim biri var.Günəşə daha yaxın olan birindən-Həlimdən yazmaq istəyirəm.O personajdan ki,”başlanğıc” idi.”Öz anamı tanımamışam,ölkəmi də heç vaxt tanımayacam” deyən o qurbana düşmənlərinə əcdadlarımızın gözü ilə bax,onda əsl üzlərini görəcəksən deyilmişdi.Düşünə bilrisiniz?Atası onu qərarına görə döyəndə,atası gözlərini yumub,döymüşdü ki,gün işığında göz görə-görə döyə bilmərəm.Amma sən işə bax ki,göz görə-görə o,gün işığında deyil.Günəşə yaxın bir yerdə özünü fəda etdi.
Çərpələngə görə,atalarına yalan danışa bilməyən uşaqlar necə oldu ki,ən böyük yalanı danışdılar?Axı sizə həyat verənə yalan danışmaq olmaz..
Çünki müharibə onları dəyişdi.Müharibə onların hekayələrinə,düşüncələrinə,xəyal dünyalarına da təsir edirdi.
Axı qurbanı bir daha qurban vermək olmurdu?
Əzizin axan qanının qoxusu sizə gəlir?Axı,gülün ətri-onun qanıdır.O Amidin yerə çarpılan baxışlarını görürsünüz? Məni eşdirsiniz?
Görəsən,Amidin başının içindəki o səslər susdu?
Yoxsa insanoğlu var olduğu müddətcə,susmayacaq?