·285 syf.··Beğendi
···Okunma: 15 Kasım 2023 05:34 Kitabı elə indicə bitirdim və adı kimi hal-hazırda qarmaqarışığam....
.
.
"Kaş olmazdı bu dünyada fərqlər. Pislər-yaxşılar , varlılar-kasıblar, dəlilər-ağıllılar, bədbəxtlər-xoşbəxtlər , ən əsası da mərhəmətlilər və onun kimi vicdansızlar."
.
.
Bu kitabda qarışıqdı həyatlar, qarışıqdı dostluqlar , qarışıqdı ailələr........hisslər....beyinlər və qəlblər......
.
Boşluq içərisindəyəm yenə bir kitabda....Hansısa məktəbli qızın başına gələn hadisələrlə , dost adı verilən , hər dərdə şərik olan ,sirrlərini bölüşərək insanın özü üçün hazırladığı güclü düşmənin xəyanəti ilə.....
.
Bir tərəfdə qızının namusunu qorumaq üçün bir atanın çirkab içində boğulması ilə, digər tərəfdə pul üçün bir atanın qızını çirkabda "boğması" ilə...
.
.
Yarım qaldı hisslərim....Sonuna çatmaq üçün, əvvəldən sonuna qədər olan mübarizənin necə bitəcəyini bilmək üçün tələsə-tələsə oxuyub gəldiyim sonluqda ------ filmin maraqlı yerində siz reklamlar deyin ,mən isə işıqlar söndü.....
.
Güman edirəm ki davamı olacaq.... Davamını gözləyəcəm..... Çünki bu son deyildi....sonun başlanğıcı idi.....Başlanması ümidi ilə xoş mütaliələr....