Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

285 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Hər kəsə salam. Bu gün Gənc yazarlarımızdan biri, kitabı ilə 1000K tətbiqi vasitəsiylə tanış olduğum Nəimi İsmayılzadənin *Qarmaqarışıq* adlı kitabı haqqında fikirlərimi bölüşmək istəyirəm. İlk öncə, onu qeyd etmək istərdim ki, kitabı oxuyan zaman məyusluq hissi keçirməyimin ilkin səbəbi kitabı məhs pdf şəklində oxumaq idi, çünki mən kitabı oxuyarkən vərəqlərinin qoxusunu, əlimə alanda kitabı dərindən hiss etmək duyğusunu yaşamağı çox sevirəm, zənnimcə bu kitabı pdf şəklində deyil də nəşr olunmuş versiyada oxusaydım daha çox xoşbəxt hiss edərdim özümü:) Keçək kitab təhlilimə Başlanğıc olaraq deyə bilərəm ki, gənc və ilk kitabının olmasına rəğmən qələm üslubundan bunu qəti şəkildə hiss etmədim Nəyimi bəydə.Uğurlu yazılmış bir kitabdır deyə düşünürəm.Kitabı oxuduğum zaman aralığında fikirlərimin bir qismini yazıçı ilə də bölüşmüşdüm. Düşünürəm ki, kitabı oxumaq hər yaş kütləsi üçün uyğun deyil, xüsusən qeyd olunmalıdır ki, ürəyi zəif olanlar oxumasın.Mən ara verərək oxudum, bəzi hissələri ürəyimə pis təsir edirdi, ya da həzm etmirdimmi bu haqsızlıqları bilmirəm. Kitaba 4 Dostun həyat hekayələri, hələ məktəbli olmağlarına rəğmən dost, qardaş bağlarının möhkəm olması, bir birilərinə olan güvənlə tanış olmağa başlayırıq. Dostlardan biri Muradın başına gələn hadisələrə şahidlik edəcəyik, Murad üçün ailəsindən sonra ən əzizləri elə dostları olur. Lakin, kitabın dostluq münasibətilə yanaşı bizə çatdırmaq istədiyi bəzi nüanslar da var.Hansı ki, burada dostluğun möhkəm görünüb də , möhkəm olmaması, hər kəsə inanmamağı, bir gün inandığlarımızdan da zərbələr ala biləcəyimizi göstərilir. Əslində çox nadir kitablarda mən bu hissə qapılıram, kitabı oxuyarkən sanki real həyatda yaşadığımız hadisələr əks olunub, özümə aid etdiyim müəyyən hissələr də oldu, hansı ki mən də yaşamışdım.Düşünürəm ki, ‘mən də yaşamışdım’ cümləsini kitabı oxuyanlar çox istifadə edəcək. Daha çox kitab haqqında yazmaq istəmirəm, oxuyanlarda maraq qalsın)) Ümumən kitabı bəyəndim.Həm həyat bağlarımızdan yazıb, və bu bağlara dedektivlik də qataraq kitabı daha da maraqlı edən yazıçımıza dərin təşəkkür bildirir və uğurlar diləyirəm. Qələminiz hər zaman iti olsun. Bura qədər oxuyanlara çox sağolun deyirəm)
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024110 okunma
··
488 görüntüleme
Nəimi okurunun profil resmi
İnşəAllah çox tezliklə kitab formasında çap olunacaq və özüm şəxsən sizə hədiyyə edəcəm, o zaman istəsəniz bir daha vərəqləyərsiniz🙂 Belə gözəl və içdən incələmə üçün minnətdaram. Sizdə hisslər yarada bildiyim üçünsə çox məmnunam.
Shabi Gasim okurunun profil resmi
Çox sağolun, təşəkkür edirəm.Mütləq yenidən vərəqləyəcəyəm☺️
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.