Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

212 syf.
·
Puan vermedi
Salam, əziz 1000kitap ailəsi. Sizinlə çox sevdiyim yazarlardan olan Nikolas Sparks'ın oxumağı çox istədiyim, amma bir dürlü vaxt tapa bilmədiyim "Xatirə dəftəri" kitabı haqqında fikirlərimi bölüşəcəm. Kitabın filmidə var, kitabı oxuyub daha sonra filminə baxmağınızı tövsiyə edərdim. Təəssüf ki, mən filmin hansısa kitabdan uyarlandığından xəbərsiz izləmişdim. Bu günə qədər oxuduğum ən gözəl sevgi hekayəsi ola bilər. Çox möhtəşəm kitabdır. “Qeyri-adi adam deyiləm – buna əminəm. Adi adamam, həyatım sadə olub, xüsusi fəlsəfəm-filanım da yoxdur. Mənə heykəl qoyası deyillər, adım da tezlklə unudulacaq. Amma sevmişəm. Ürəkdən, səmimi-qəlbdən sevmişəm və bundan artığını istəməmişəm”. Həyatınız boyu oxuya biləcəyiniz ən ecazkar eşq hekayələrindən biri bu cümlələrlə başlayır... Kitabda heç 20 yaşı Belə olmayan iki gəncin, iki tamam fərqli dünyanın adamının bir yay qarşılaşması... Bir-birlərinə ilk baxışdan aşiq olub, yayı birlikdə keçirdikdən, bir-birlərinə bağlandıqdan sonra yollarını çox acı bir şəkildə ayırması.. İllər sonra bir araya gəldikdə baş verən hadisələrsən bəhs olunur. Filmə baxdım, amma bəyənmədim. Çünki kitabla uyğunluğu çox azdır. "Gələcəkdə nə olur olsun, mən birgə keçirdiyimiz günləri həyatımın ən gözəl çağları sayacam. Mən həmişə sənin olacağam." " Kaş onu qucağıma alıb cənnətə aparmağa gücüm olaydı."
Xatirə Dəftəri
Xatirə Dəftəri
Nicholas Sparks
Nicholas Sparks
Xatirə Dəftəri
Xatirə DəftəriNicholas Sparks · Yay Nəşrləri · 0322 okunma
·
241 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.