Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

285 syf.
9/10 puan verdi
Güvən... Bu həyatdakı ən çətin şeydir bəlkədə...
Salam, əziz 1000kitap ailəsi. Sizinlə ilk başlarda oxumaqda çox qərarsız qaldığım bir kitabın incələməsini bölüşəcəm. Doğrusu, ilk dəfədir hansısa kitabı oxuyub oxumamaqda qərarsız qaldım. Bu qədər qərarsız qalmağımın səbəbi isə kitabın mənə elə çoxda bir şey qatacağını düşünmədiyimdən idi. Bunun da səbəbi, kitaba qarşı olan yersiz önyargım idi. Yersiz deməyimdə səbəb isə sonradan - kitabın ilk 30 səhifəsindən sonra yavaş-yavaş yanıldığımın fərqinə varmağımdır. Düzünü desəm kitabın ilk 20 yaxud 30 səhifəsi çox sıradan, adi idi. Lakin maraqlıdır ki, oxucu yenədə kitabı oxumağa can atır. Sanki bir nöqtədən sonra nələrinsə dəyişəcəyinə və hadisələrin daha maraqlı hal alacağını bilirlər. Buda kitabın bəyəndiyim bir digər özəlliyi idi. Kitaba, dedektiv janrı sevməyən biri kimi başladım, amma bitirəndə elə olmadı. ✿) Ən son nə zaman bu janrda kitab oxuduğumu da xatırlamıram.
Nəimi
Nəimi
nəinki gənc yazarlara qarşı aramdakı səddi, həmçinin dedektiv janrlı kitablara qarşı çəkdiyim səddi də yıxmağıma kömək etdi. İncələmdə həm tənqid həm də tərifə yer vermək istərdim. Yazarı şəxsən tanımadığım üçün bunun daha rahat olacağını düşünürəm. "Bəzi yazarlar"ın kitabları məndə gənc yazarlara qarşı bir sədd yaratmışdı. Lakin bu səddin yox olmasında ilk addımı atmağımda
Asəf Hüseynov
Asəf Hüseynov
böyük rolu oldusa da tamamilə məhv edən Nəimi bəy oldu. "Dost… Dostluq… Necə də önəmsiz və xəyaldan ibarət anlayışlar imiş bunlar. Güvən… Asanlıqla birinə güvənən deyiləm deyibdə hərkəsə güvənmək… Güvəndiyin dostun tərəfindən belindən bıçaqlanmaq… Güvən və dost…" Kitabda ən çox bəyəndiyini sitatlardandır. Əslində bir musiqini, hər hansı bir kitabdan sitatı bəyənmək üçün bir çox şeyi qurban verməlisən... Məsələn, dost xəyanəti... Kitabı oxuyub bitirənədək beynimdə bu söz dolandı; "Unutma, Düşman kör nişancıdır. Ama dost nereden vuracağını iyi bilir..." Doğrudan da düşmən hər zaman kor nişancıdır, hardan vuracağını bilməz, amma ən yaxınlarımız... Onlar necə? Canımızın yandığını bilə-bilə mərhəmətsizcə qanadar yaralarımızı. Çox yaxşı bilir səni nəyin məhv edəcəyini... amma bilməzlər ki, yandırıb yaxdığı, yerlə-yeksan etdiyi əslində dostunun qəlbində qurduğu öz tax-tacıdır... Bəlkə də bənzətməm çox əlaqəsiz olacaq, amma bu kitab mənə azda olsa
Qaraqan
Qaraqan
kitablarını xatırlatdı. Janr etibarilə fərqli janrlar olsada ikisidə günümüzün, cəmiyyətimizin reallığı - acı reallığınadan yazmağa üstünlük verir. Kitabın mənə bu qədər təsir edəcəyini düşünmürdüm. Bəlkə də dost xəyanəti gördüyüm üçün bu qədər təsir etdi ya başqa səbəbdənmi bilmirəm. Amma Ts Eliot'un da dediyi kimi : "Unutmayın, hiç bir zaman arkadaş kaybetmezsiniz. Sadece kimlerin gerçek arkadaşlarınız olduğunu keşfedersiniz. " "Zatən kim demişdi ki dostluğun illərin təcrübəsindən asılı olduğunu? Bəzən əbədi dost olmaq üçün ortaq acıları, kədərləri yaşamaq kifayət edir. İstər bunu birlikdə, istər bir-birindən ayrı zamanda və ayrı yerdə yaşa, fərq etmir. İnsanın dərdini bu dərdi yaşayan digər bir insan anlayar." Kitabda bəyəndiyim ən'lərdən... Doğrudan da önəmli olan uzun sürən dostluq deyil, onunla yaşadığınız macəralar, paylaşdığınız xoşbəxt, sevinc dolu anlardır. Kitabdakı dostluq münasibətləri çox sarsıdıcıdır. Hətta mənə Oğuz Atay'ın Tutunamayanlar əsərindəki bir dialoqu xatırlatdı. "- Biliyor musun Olric, benim çok dostum var. - Görüyorum efendim, sırtınızda izleri var..." Yazarımızın özünəməxsus "yazıçı dili" var. İlk kitabında özünəməxsus dil yaratması doğrudan da təqdirə layiqdir. Əslinə qalsa əsərlərdə vulqar sözlərin istifadəsi tərəfdarı deyiləm, amma həm yazarın ilk kitabı olduğunu həm də səhv etmirəmsə öncədən bir wattpad kitabı olmasını (wattpad'də çox kitabda bu tip sözlərdən istifadə olunur) nəzərə alsaq xal *salmağa ehtiyac görmürəm. Hətta fikrimcə kitabın daha səmimi olmasına şərait yaradıb. Ümumi olaraq çox bəyəndim kitabı. Belə bir şeylə qarşılaşacağımı qəti düşünmürdüm. Demək ki, hər kitaba, hər yazara bir şans verilməlidir. Nəimi bəyə daha doğrusu
Qarmaqarışıq
Qarmaqarışıq
a bir şans verdiyim üçün heç peşman deyiləm. Kitabın və yazarın daha böyük uğurlara imza atacağını düşünürəm, çünki doğrudan da buna layiqdirlər. Obrazlar haqqında da uzun-uzadı danışmaq olar, amma hər biri özünə görə bir başqa cür bədbəxtdi. Murad - ən yaxınından, canından, qardaşından gözləmədiyi anda aldığı zərbə üçün... ("Dost xəyanəti nə acı və gözlənilən olurmuş. ") Hümra - sevdiyi adama sevgisini etiraf edə bilmədiyi üçün, özündə o cəsarəti tapa bilmədiyi üçün... ("Həyat birinə "səni sevirəm" demənin qərarsızlığını yaşamaq üçün çox qısadır.") Ceyhun - Fərqində belə olmadan həm öz həm də ailəsinin həyatını məhv etdiyi üçün... Axsaq - Oda Ceyhundan heç fərqlənmir. Bir ata qızının sonunu necə gətirər, hansı ata qızını göz görə - görə ölümə sürükləyər? Bax, axsaq bunun ən bariz nümunəsidir... (" Göy üzü də ona dərs keçməyə, nə isə anlatmağa çalışırdı amma onun daxili çürüməkdə olan xərçəng xəstəsindən fərqsiz olduğunu bilsəydilər, etdiklərinin də əbəs yerə olduğunu anlayardılar.") ××× - Kitabın ən zavallı obrazı... Dostuna xəyanət edəcək qədər, dostundan intiqam alacaq qədər gücsüz hətta xaraktersiz biri olduğu üçün... Ülkər - Sadəcə atasının düşüncəsizliyinin, şərəfsizliyinin qurbanı... Səbinə - Öz yaşadığı taleyi qızı yaşamasın deyə çarəsizcə çırpınan ana... Kitabın ən bədbəxti adlandırılmalı obrazı... Ahh Səbinə... Onun hekayəsidə bir başqa təsir etdi mənə. Cəmiyyətimizdə azdırmı "mentalitet"ə, atasının, qardaşının "namus"una qurban gedən qadınlar? Əlbəttə, yox. Əslində nə izlədiyim bir filmi təkrar izləməyi, nə də oxuduğum bir kitabı yenidən oxumağı sevmirəm. Lakin Qarmaqarışıq... ♡ "Sonunun" dəyişmədiyini bildiyim halda oxumağa doymadım bu kitabı. Təkrar-təkrar, hər cümləsini, hər sətrini yenidən oxumaq və hər dəfə oxuyanda yenə əvvəlki kimi həyəcanlanmaq, sevinmək, kədərlənmək, duyğulanmaq və.s. Kitabda "mənfi" qiymətləndirdiyim tək şey cümlələr oldu. Tək bəyənmədiyim yazarın cümlə qurma tərzi oldu. Təbii ki, bu mənim şəxsi fikrimdir. Kitabı "10/9" kimi qiymətləndirmə səbəbimdə bu idi. Lakin bu heç də cümlələrdəki anlama təsir etmir. Hər cümlə insana bir başqa təsir edir. Bir ara "bu kitab yazarın doğrudan da ilk kitabıdır mı? " deyə şübhələnməyə başlamışdım. Güvən, dostluq, təhsil, təlim-tərbiyə və ətrafımızdakı insanlar... Hansı ara bu qədər dəyişdi cəmiyyətimiz, yoxsa həmişə belə idi də, biz mi fərqində deyildik? Kitaba başlamamışdan öncə bunu deyəcəyim ağlımada gəlməzdi, amma kitabın ikinci hissəsini səbirsizliklə gözləyəcəm. Ümid edirəm ki, çoxda gecikməz və ümid edirəm ki, xoşbəxt sonluqla bitər. Yazarımıza uğurlar! . . . "İnsanı gerçəkdə düşünən, sevən və güvənən sadəcə onun öz ailəsi idi… Dostluq et amma güvənmə, yaxınlıq et amma daim uzaqda dur. Çünki dost dediyin şəxs də gün gələr öz mənfəəti üçün düşmənin olar. " Əlbəttə dostları olmalıdır insanın; Eynilə gəmilərin limanları kimi. Zaman-zaman baş çəkib yükünü boşaltdığın yada dalğalar dinənə qədər yanında gözlədiyin. Dostları olmalıdır insanın; Bilgə, düşünmədiklərini düşündürən, səni sanki bir akrobat ipində güvəndə tutabilən dostları olmalıdır insanın. Lakin dostluq... Unudulmayacaq qədər gözəl və sadəcə nadir insanlarla yaşanacaq qədər özəldir... Uğurlar!
Nəimi
Nəimi
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024104 okunma
··
2 artı 1'leme
·
860 görüntüleme
Nəimi okurunun profil resmi
Hər dəfə deyirəm ki ən gözəl təhlil budu, amma oxucular daha da gözəlini yazırlar. Çox çox təşəkkür edirəm. Siz necə kitabı oxuduqca təsirlənmisizsə, mən də yazdıqlarınızı oxuduqca təsirləndim. Cümlələriniz də, bəzi hissləri ifadə etmə tərziniz də çox əladı. Təşəkkürlər.🌷🙏
Lalə okurunun profil resmi
Mən sizə təşəkkür edirəm bu gözəl kitab üçün☺ Kitabınızın yaxın gələcəkdə böyük uğurlar qazanacağına inanıram.🙂Uğurlarınız daimi və davamlı olsun inşəAllah🙏🙏
1 sonraki yanıtı göster
Fatima Mhrremova ♡ okurunun profil resmi
Dost zərbəsi görənlərə də ayrıca təsir edir kitab... Cümlə qurma tərzini məndə bəyənməmişdim, cümlələr də səhvlik var idi. İncələməniz maraqlı alınıb.✨
Lalə okurunun profil resmi
Təşəkkür edirəm💛✨ Aha, haqlısınız. Heç bir ağrı dost xəyanəti zamanı duyulan mənəvi acı qədər ağır deyil 🙂
5 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.