Gönderi

349 syf.
·
Puan vermedi
Mənə görə, epik növümüzün ənlərindən biridir Varis Yolçuyev. Çünki mövzunu o qədər dramatikləşdirir ki, istər-istəməz bir hissəni oxuyub bitirməmiş digər hissəyə keçmək istəyirsən. Bəzən ele bir hissə oxuyursan, kitabı bağlayıb uzaqlara baxırsan ki, yəni bele bir şey ola bilər həyatda?! Mənə görə, Varis Yolçuyevin əsərləri birnəfəsə oxunur. Səbəbini isə əsərlərinin serial tipli olmağında görürəm. Bunu mənfi bir fikir kimi demirəm. Əksinə, mən daha çox bəyənirəm. Məsələn, mən Varisin əsərlərini 2-3 gün ərzində oxuyub bitirirəm. Çünki tez bir müddətdə kitabı bitirmək istəyirsən Ümumiyyətlə, Varisin əsərlərini oxuyanda anlayıram ki, həyatda həddindən artıq murdar insanlar var. Hetda bəzən nifrətim də artır demək olar Bu tip əsərləri sevməyimə başqa bir səbəb isə mütaliəyə Varislə başlamağımdır. İlk dəfə V. Yolçuyevin "Bir ovuc torpaq" əsərini oxumuşam. Yəni bir növ mənə kitabları sevdirən insan olmuşdur Varis Y. Bu əsərini isə oxumamışdım. Gərək təz oxuyardım. Oxuduqca insan müxtəlif hisslərə qapılır: əsəbləşir, kədərlənir, kinayəli şəkildə gülümsəyir Əsərdə ad-san, nüfuz, ətrafdakı insanların düşündüklərinin insan həyatından daha qiymətli olmasından geniş şəkildə bəhs olunur. Ümumiyyətlə, hekayə o qədər real yazılıb ki, sanki bu hadisələr baş verir, sən də kənardan izləyirsən və yaxud sanki oxumursan, sənə danışırlar, dinləyirsən. Kitab da bitəndə bilmirsən üzüləsən, bilmirsən axırına çatdığına sevinəsən Və bir şeyi de qeyd edim ki, Varis nəyisə izah etmək istəyirsə, bir şeyi sənin gözündə canlandırmaq istəyirsə, onu bacarır. Uzun sözün qısası, maraqlı əsər idi, oxumağa dəyər. Tövsiyə edirəm mütaliəsevərlərə 4/5 Uğurlar
Varis
Varis
Yol Ayrıcında Azıb Qalanlar
Yol Ayrıcında Azıb QalanlarVaris · 2013180 okunma
·
56 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.