Puan vermedi·224 syf.··
2023 81. kitabı
·
8 saatte okudu
·
Okunma: 24 Kasım 2023 14:41
Uzun müddətdir ki,oxumaq istədiyim kitab idi.Nəhayət gün ərzində oxuyub, bitirdim. Bundan öncə Dilşad Talıbovanın Sənə Yazmadım, Səni Yazdım kitabını oxumuşdum və çox bəyənmişdim. Səndən Qalan Noyabr əsəri də digər əsər kimi ayrılıqdan bəhs edir.Kitabın dili çox sadə, axıcı idi.Demək olar ki,6 saat ərzində qısa aralar verərək bitirdim. Əsərdə ən çox əsəbləşdiyim "Təhmasib" obrazı oldu.Təhmasib bir oğluna qovuşub digərini yaddan çıxarır və bunun səbəbini də özün də yox,Nərmin də görür.Sonda özünün etdiyi hadisələrdən "öz fikrincə" dərs çıxarmış görünsə də,mənə görə heç də elə deyil.İllər sonra varlığından xəbərsiz olduğu oğluna qovuşsa da, varlığından xəbəri olduğu Əmir'i isə görməyə Türkiyəyə getmir və bunun səbəbini boşandığı yoldaşında görür. Ən çox bəyəndiyim obraz isə "Əli" oldu.Əli dininə,ailəsinə, dostlarına sadiq biri idi.Gücü çatdığı qədər hər kəsə yardım edirdi.
1000Kitap
Səndən Qalan NoyabrDilşad Talıbova · Qanun Nəşriyyat · 0154 okunma
·
1 +1'leme
·
238 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.