Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Eləmədiklərim yandırar məni Əvvəl budaq-budaq suda uyuyan, Sonra çarxı dönüb, arxı quruyan Bir yağışa həsrət söyüdlər kimi Eləmədiklərim yandırar məni... Özümə verdiyim öyüdlər kimi Eləmədiklərim yandırar məni... Mən elə bilirdim o bənövşəlik, Mənimçün qalacaq tər həmişəlik. Özü solub getdi, qıymadım üzəm, Doyunca baxmadım bənövşə gözə, Yazı nəmiş, yayı tez xəzəlləşən, Pətəkdə qaynaşan, şanla əlləşən, Qışda balsız qalan arılar kimi Eləmədiklərim yandırar məni... Özümə verdiyim öyüdlər kimi Eləmədiklərim yandırar məni... Mən elə bilirdim vaxt da duracaq, Elə o əvvəlki baxt da duracaq. Gedib səadətlər rastına çıxan Sevgi cığırıyla keçmək olacaq. Hər vaxt bu zəmini biçmək olacaq... Bərədə boş yerə anları sayıb, Ovunu hürküdən ovçular kmi, Eləmədiklərim yandırar məni... Yaylaqda çeşməyə məhəl qoymayıb, Səhrada alışan yolçular kimi Eləmədiklərim yandırar məni... Bilmirəm kim idi üzdü barımı, Uçurtdu əlimdən bir şikarımı, Sonraya saxladım çox qərarımı, Eləmədiklərim yandırar məni... Yox,daha ömrümdə açılmaz o yaz, Bir qanadım yorğun,birisi pərvaz. Elədiklərimdən yaxam qurtarmaz, Eləmədiklərim yandırar məni... Musa Yaqub
·
24 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.