Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

280 syf.
9/10 puan verdi
·
Beğendi
Maraqlı bir kitab tövsiyəsi
Bu gün sizlərə tövsiyə etmək istədiyim kitab Walter Tevis in müəllifi olduğu Alaycı Kuş əsəri olacaqdır. Əsər anti-ütopiya və distopiya olaraq bildiyimiz bildiyimiz ağır gerçəkliklərin incə bir şəkildə təsvir edildiyi janrda yazılmışdır. Əsər üç əsas qəhrəmanın dilindən - doqquzuncu nəsil bir ağıllı robot; - hərflərin və oxumağın artıq keçmişdə qaldığı bir zamanda öz səylərinin nəticəsində oxumağı öyrənən bir bəyin; - mövcud sistemi uşaqlığından sorğulamağa və rədd etməyə başlamış bir xanımın dilindən təsvir edilir. Əsər günümüzdən sayının məlum olmadığı uzun illər sonra inkişafın son nöqtəsində bir dünyanı təsvir edilir. Ağıllı robotoumuz insanı əvəz edə biləcək şəkildə ən ağıllı insan zəkasının koplayanması ilə yaradılmış 100 robotun sonuncudur. Yaşadığı min illərdə insanlıq tarixinin şahidi və bir parçası olmuş bu ağıllı robotun insanlar yaşadığı müddətcə onlara xidmət etməsi üçün proqramlaşdırılmışdır. Oxumağı öyrənmiş Cənab isə özünü və həyatının mənasını bütün bu olanların səbəbinin axtarışında olan, baş verənləri anlamağa çalışan biridir. Əsər boyu yaşadıqlarını yazdığı gündəlik vasitəsilə bizlərə çatdırır. Xanım isə uşaq yaşlarından atasının düşüncələrində təməl alaraq sistemi sorğulamağa başlamış cavabsız qalmış suallar və mənasız gələn şərtləndirilmələri rədd edərək özünə mövcud sistemə etiraz edərək azadlıq şansı tanımış və əslində bəzi şeyləri etkədiyimiz zaman bir şeylərin daha yaxşı olduğunun fərqinə varmışdır. Və sonda əsər 1984 Cəsur Yeni Dünya Mexaniki Portağal Fahrenheit 451 Korluq Kimi əsərləri sevənlərin sevəcəyini düşündüyüm bir əsərədir. Əsər mənim üçün 10 üzərindən 9 a layiq bir əsərdir.
Alaycı Kuş
Alaycı KuşWalter Tevis · İthaki Yayınları · 2021410 okunma
·
21 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.